HOLLANDİYALILAR ARASINDA İSLAMA MEYİL ARTIB
intizar85 Aprel 6, 2008 17:02
Hollandiya parlamentinin irqçi üzvü tərəfindən "Fitnə" adlı anti-İslam filmin yayımlanması nəticəsində Hollandiyada İslama maraq artmışdır
Hollandiyanın paytaxtı Amesterdam şəhərinin əhalisi İslami kitab və ədəbiyyatlar alır, o cümlədən, Quran tərcümələrini təqdim edən kitabxanalara üz tutur.
«Əl-Mühit» internet saytı bildirib ki, «Fitnə» adlı filmin yayımlanması, onu hazırlayanların güddüyü məqsədlərinin əksinə gətirib çıxarmışdır. Belə ki , həmin filmin yayımlanmasından sonra Hollandiya xalqı arasında İslama maraq artıb və əhali İslami ədəbiyyata, xüsusən Qurani-Kərimin internet saytlarında və multimedia formatlarında təqdim olunmasına böyük meyl göstərir.
«Əl-Mühit» həmçinin Hollandiyada çıxan «Dey Teleqraf» qəzetinə istinadla yazıb: «Müsəlman gənclər Amesterdam şəhərinin ətrafında yerləşən bir məntəqədə dialoq bazası yaradaraq Quranın ibadət və hidayət kitabı olduğunu və Hollandiyalı irqçi deputatın filmində göstərdiklərinin yalan və puç olduğunu nümayiş etdirmişlər».
«Əl-Mühit» əlavə olaraq bildirib ki, həmin dialoq bazasının fəaliyyət göstərdiyi müddət ərzində daha bir hollandiya vətəndaşı İslamı qəbul etdiyini bildirmişdir. Bildirildiyi kimi, «Fitnə» filminin yayımlamasından sonra artıq 3 hollandiyalı bu rəzil hərəkətə etriaz edərək İslam dinini qəbul etmişdir.
