Reklam verin!
Yuma Ailə Jurnalı

Blog Haqqında

intizar85
Ey gözləri yollarda qoyan yar, qiyam et,
Yol gözləyən aşiqlərini naili-kam et,
Kafirləri, münkirləri, müşrikləri ram et,
Ei Ali-Peyəmbər uca təxtində məqam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Axtarış

Arxivlər

Dost bloglar

Sorğu

Həqiqi müntəzir kimdir?




Sayqaç

  • İndi blogda: 9
  • Keçən ayın hiti: 5288
  • Dünənki hit: 255
  • Bugünki hit: 180
  • Ümumi hit: 46357

Müxtəlif

ZÜHUR

Onun gəlişi ilə...

İSLAMOFOBİYA SUNAMİSİNİN PSİXOANALİZİ

intizar85 Aprel 6, 2008 16:56

İSLAMOFOBİYA

İSLAMOFOBİYA

Güclü nifrət, İslam dini əleyhinə qorxu reaksiyasını sürətləndirir və bu psixoloqlar tərəfindən asanlıqla izah edilə bilər
    Uzun illər elmi internet-jurnalının baş redaktoru işləyən Şeyla Musaci islamofobiyanın aşkar edilməsində və onunla mübarizədə öz dərc edilmiş məqalələri ilə qüsursuz xidmət göstərmişdir. Bu hərtərəfli təhlilllə zəngin məqalələrin başlıqları belədir: “Danimarka Karikatura Müharibəsi. Əgər əvvəl sən başlamasan...” və “Radikal Yəhudiliyin İslamla Müharibəsi”.

Son şəxsi yazışmalarında o, özünün dərin məyusluq hissini bildirir: “Siz nə vaxtsa özünüzü təkərin içində fırlanan sincab kimi hiss etmisinizmi? Belə ki, sizin üzərinizə gələn müxtəlif problemlər sürətlərini artırqca siz də özünüzü daha da gümrah saxlamağa çalışırsınız?”.

    Onun bir az öncə işıq üzü görən məqalələri digər çoxsaylı məqalələri kimi İslam və müsəlmanlar üzərinə nifrət dolu hücumların sunami təbiətli olduğunu sübut və dəlillərlə göstərir və hər baxımdan açıq xarakterlidir. Uzun illər boyu sivilizasiyalarının yüksəlişini və tənəzzülünü izləyən həvəskar tarixçi kimi mən əminəm ki, bizim vəfatımızdan uzun illər sonra da tarixçilər üçün bunlar çox dəyərli olacaqdır.

    Güclü nifrət, İslam dini əleyhinə qorxu reaksiyasını sürətləndirir və bu psixoloqlar tərəfindən asanlıqla izah edilə bilər. Lakin müsəlmanlar bir şeyin heyrətindən özünə gələ bilmirlər ki, nə səbəbdən əsrlər boyu ekstremist müsəlmanlar öz şeytani təfəkkürün təmsilçiləri kimi deyil, dinin təmsilçiləri kimi qələmə verilir. Bu qeyri-İslami mahiyyətli «müsəlmanlar» əzəldən olaraq Quranın klassik anlamını təhrif etmişlər., bu cür nifrət dolu «müsəlmanlar»ın Quranı və Peyğəmbər (s) modelini tam təhrif etmələrinə görə bu təhriflər bir çoxlarının təbii qorxularına səbəb olur.

    Görəsən nə səbəbdəndir ki, bu cür çıxılmaz vəziyyət əsrlər boyu davam edir? Ola bilsin ki, min illərdən bəri insan təbiətindən irəli gələn bir amil var ki, bunları idarə edir. Belə ki, mövcud məhdud təbii sərvətləri olan dünyada sağ qalmaq üçün qonşuluq edən qəbilələr özünə haqq qazandırmaq üçün bir-birlərini “qeyri-insani” hücumlarda itiham edirlər. Bu qəbildən olan iqtisadi şərhlər isə süni olduğu təsirini bağışlayır. Çünki belə desək “inkişaf məhdudiyyətləri” adlandırılan nəzəriyyə hər zaman daha çox əfsanə xarakteli olub, nəinki bir fakt şəklində. Aqressivliyə haqq qazandıran bu nəzəriyyə öz-özlüyündə kifayət qədər dərin səbəblərdən irəli gələ bilər.

    Müxtəlif dini mənsubiyyətli insanlar arasında hiddətli qarşılıqlı qarayaxmalar şübhəsiz ki, özünümüdafiə instinktindən irəli gəlir, çünki bundan başqa bu əməllərə adekvat izah verə biləcək başqa bir şey yoxdur. Ola bilsin ki, insan ömrünün istənilən məqamında həyatda qalmağına yaranan təhlükəyə təbii immun reaksiyasını nəzərə almaq, çox şeyə aydınlıq gətirə bilər. Misal üçün, bir insanın penisilinə allergiyası var və bu immun reaksiya ilk dəfə ağır fəsadlara gətirib çıxarda bilər. İkinci dəfə isə penisilinə və ya ona yaxın olan istənilən bir şeyə reaksiya hətta ölümlə nəticələnə bilər. Penisilinlə aparılan bu müqayisə başqa nə ilə aparıla bilər ki? Belə ki, bütün həkimlər penisilini insan həyatı üçün çox mühüm bir vasitə kimi təqdim edirlər, lakin bu vasitə belə qeyri-ixtiyari olaraq çox ölümcül ola bilər.

    İnsan müəyyən bir ideologiya daşıyıcısı ola bilər. Və bu ideologiya çox hallarda alət kimi tətbiq edilir. Almaniyadakı nasizm ideologiyası Almaniyaya qarşı Birinci Dünya Müharibəsindən sonra edilən təzyiqlərə və buradakı Böyük Depresiyaya son qoymaq üçün yetərincə istifadə olundu. Böyük depressiyanın səbəblərini də yəhudi bank sahiblərində görürdülər. Bundan başqa yeni bir utopik termini də dilə daxil etdilər – «ildırım sürətli işğalçılıq». Bu ideologiya nəinki yalnız yəhudilərə qarşı yönəlmişdi, o zamankı bütün sivil dünyanın mövcudluğuna bir təhlükə mənbəyinə çevrildi. Xöşbəxtlikdən dünyanın başqa ölkələri nasizmi vaxtında, yəni Hitler nüvə silahını və onu daşıyan raketlərin inkişaf etdirməsindən öncə məhv edə bildi. 1943-cü ildə “Voelkisher Beobactor”da çap edilən rəsmi nasist sənədləri üəzrində «svastika» (Alman faşistlərinin emblemi) olan bir xəritəni göstərirdi. Burada yer üzündə olan bütün ölkələrin yekun işğal tarixləri göstərilirdi. Amerikaya burada 1949-cu il şamil edilmişdir.

    Bu insan tarixində sivilizasiyaya qarşı olan ən ciddi və real təhlükə idi (Çingizxan kimi son dərəcə dağıdıcı ünsürlərin də olmasına baxmayaraq). Bunlar bəşəriyyətdə gənc nəslin təsəvvürünə belə gətirə bilməyən bir dərin iz qoyublar.

    Neo-konservatizm («neokon») adı ilə tanılan yeni bir dolğun ideologiya isə yarım əsr bundan qabaq yaranmışdır. Bu məfkurənin əsas xətti - kommunizm ideologiyasının dağılmasından sonra bütün dünyanın xaosa duçar olmasına qarşı mübarizə aparmaq iddiasından ibarətdir.  Necə ki, bu xaos 1930-cu illərdə Avropada yer almışdı. Neokonlar da patoloji, lakin həqiqi təhlükə ilə mübarizə aparmaq iddiasındadırlar.

    Neo-konservatizmin xüsusi tarixçəsi 1957-ci ildə Robert Ştrauz Hupun Pensilvaniya Universitetinnin Xarici Siyasət Araşdırma İnstitutunun (Foreign Policy Research Institute – FPRI) xüsusi jurnalında, Orbis – Dünya Əlaqələrinin Rüblük Jurnalında dərc edilən dolğun məqaləsinə söykənir. “Sabahın Balansı” başlıqlı məqalədə FPRI-nin təsisçisi qabaqcadan xəbər verirdi ki, bu əsrin sonuna kimi kommunizm çözəcək. O, bildirirdi ki, kommunizm təhlükəsinin birdən yoxa çıxması yeni dünyanın yaranmasına gətirib çıxaracaq və bu zaman Üçüncü Dünya ölkələrində demoqrafik partlayışın və nüvə silahının yayılması sivilizasiyanın sonuna səbəb olacaq. Lakin o, Əl-Qaidə kimi kiçik ifaçı haqqında bir şey söyləməmişdir, onsuz da uzaq gələcək haqqında deyilənlərin heç biri tam dəqiq baş vermir.

    Həmçinin qeyri neo-konservator Zbiqnev Bzejinskinin də əvvəlcədən dediyi kimi, kommunizm ideologiyası nəhayət ki, özü-özünü dağıtdı. Lakin, bu qəfil hadisədən hələ on il əvvəl tarixçilər, politoloqlar, iqtisadçılar və dini ekspertlər karıxmış durumda idilər və qəbul edirdilər ki, nə baş verəcəyi haqda heç nə deyə bilmirlər. Bəziləri öngörənlik edib deyirdilər ki, tarix sona çatıb və dünyada vahid güc kimi qalan Amerika mədəniyyəti qələbə çalıb.

    Onilliklərlə bu hadisəyə hazırlaşan neo-konservatorlar heç də belə deyillər. Anoloji olaraq biz deyə bilərik ki, onlarda artıq nasizmi xatırladan ideologiyaya qarşı bir immunitet yaranmışdır.

    Nə baş verdi? Nasist ideologiyasına qarşı yaranmış Qərbin kollektiv emosional immun sistemi yeni ideolgiya təhlükəsinin ilkin simptomlarının qabağını almaq üçün bir daha aktivləşmişdir. Bəkə də əvvəlkindən daha ciddi bir sürətdə.

    Əlbəttə ki, islamofobiya mərəzi – İslamın bir din kimi «təhlükəsi» əsrlər boyu yayımlanırdı. Lakin, intellektual azlıq qrupundan daha böyük kütləyə patoloji qorxunu yaymaq üçün 9/11 (11 sentyabr 2001-ci il) kimi dəhşətli  və miqyaslı bir hadisə lazım idi ki, nifrət daşıyıcılarına qarşı normal müqaviməti sındırsınlar. Tarixin tədqiqi nifrəti bir nəsildən digər nəsilə və bəzən də əsrlər boyu ötürülməsini təzahür edir. Hətta bir düşməndən digərinə nifrətin ötürülməsinin metastaz xüsusiyyətinin atavistik gücünün əcayiblinə də tarixin səhifələrində çox rast gəlinir.

    Yarım əsr bundan əvvəl – 1950-ci illərin əvvəlində neo-konservatorların keçmişə dair təhlilləri, gələcəkdə bu qəbildən olan halların nasistlərin fərqli düşüncəli insanların kökünü amansızca kəsdikləri kimi kəsməyə qərarlaşdırmışdı. Burada, hörümçəklərə qarşı qorxu hissi kimi, hətta bundan da qat-qat çox bir təhtəlşüur təhlükə gözləntisi və bu təhlükəyə qarşı apriori amansızlıq kök salmışdır. Və qabaqcadan kök salmış hər hansı yanlış fikir kimi, burada da rasionallığa heç bir yer qoyulmamışdır. Mən bu cür qorxan insanlara münasibətdə effektiv müalicə üsulu haqqında eşitmişəm. Bunları əllərində yekə, tüklü hörümçəyi saxlamağa təşviq etməklə hissiyyatlarını aşağı salmaqla müalicə edirlər. Lakin çox cüzi sayda insan bunu belə edə bilir.

    Bizim hal-hazırda nifrət psixozu ilə dolu mühitdə qarşılaşdığımız problem bundan ibarətdir ki, qorxu içində olan islamofoblar İslam dinini obyektiv izah edən heç nəyi oxumayacaqlar. Əgər biz İslam dinini izah etməyə və bu dini təhrif edən ektremist ünsürlərdən ayırd etməyə cəhd etsək, o zaman hamı bizi yalnız mənsub olduğumuz ideologiyanı müdafiə etməyimizin qənaətində olacaq və bunların belə yanaşması bizi daha da təcrid edilmiş vəziyyətə salacaq. Əgər biz “islahatçı” kimi mövqelənmək istəsək, o zaman biz özümüzü istisna kimi qələmə vermiş və faktiki olaraq müsəlmanlar əleyhinə cərgəyə salmış olarıq. Belə ki, demək biz – bir qrup «yaxşı»yıq, qalan müsəlmanlar isə «pis»dir.

    Baxmayaraq ki, Şeyla və “The American Muslim”-də yazılar yazan bir çox digər insanlar demək olar ki, artıq iyirmi ilə yaxındır ki, dünyada 1 milyard müsəlman əleyhinə olan nəhəng birləşmiş qüvvələrlə üz-üzə apardıqları döyüşü zahirən uduzurlar – bu  bizi narahat etməməlidir. Allah mübariz insanlar haqqında Quranda çoxlu müjdələr vermişdir. Və biz,  məlum olan bütün mədəniyyətləri uğursuzluğa düçar edən nifrətə üstün gəlmək səylərimizdə yalnız deyilik. Mən bu barədə “Ədalətin Böyük Oyanışı: Sülh və Çiçəklənmə üçün Qələbə Strategiyası” adlı məqaləmdə qeyd etmişəm. Haqq yolun yolçuları bizimlədir.

    Bizim ən pis edə biləcəyimiz şey odur ki, biz laqeyd məkana çəkilək – necə ki, bəzi müsəlmanlar özlərinə bunu rəva bilirlər. Təqvası və təvəkkülü olan heç bir adam məğlubiyyətçilik mövqeyini tuta bilməz, süstləşə bilməz. Hətta şəhid olmuşlar, Qurana əsasən, ölməmişlər.

    Süstlük müsəlmanlar üçün deyil. Bizim şüarımız Peyğəmbərin çağırışı olmalıdır - “İşlərin ən üstünü – az olmuş olsa belə, ən davamlı olanıdır”. Uca Allah “kun fə yəkun” demişdir– «ol!» demişdir və olmuşdur. Ümid və təvəkküllə irəliyə getmək gərək…

    Doktor Robert D. Kreyn (TAM)
  Hazırladı: Seymur Rəşid
 “Deyerler” AİN
Şərhlər(0) Baxış sayı:91 DİNİ XƏBƏRLƏR islamofobiya 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com