Reklam verin!
Yuma Ailə Jurnalı

Blog Haqqında

intizar85
Ey gözləri yollarda qoyan yar, qiyam et,
Yol gözləyən aşiqlərini naili-kam et,
Kafirləri, münkirləri, müşrikləri ram et,
Ei Ali-Peyəmbər uca təxtində məqam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Axtarış

Arxivlər

Dost bloglar

Sorğu

Həqiqi müntəzir kimdir?




Sayqaç

  • İndi blogda: 8
  • Keçən ayın hiti: 5288
  • Dünənki hit: 255
  • Bugünki hit: 148
  • Ümumi hit: 46325

Müxtəlif

ZÜHUR

Onun gəlişi ilə...

İSLAMOFOBUN İQTİSADİ «QAZANCLARI»

intizar85 Aprel 6, 2008 17:05

İSLAMOFOBUN İQTİSADİ «QAZANCLARI»

Hollandiya biznesmenləri Vildersdən kompensasiya tələb edirlər

    Hollandiyalı irqçi islamofob-siyasətçi Geert Vildersin qısametrajlı anti-islam filminin internet efirinə çıxması bütün dünyada kəskin etirazlara səbəb oldu. Özü də ki, bu etirazlar yalnız mənəvi-əxlaqi xarakterli yox, digər çalarlar da əldə etməyə başladı. Belə ki, Hollandiyanın ən iri ticarət partnyorlarından olan Malayziyanın baş naziri Mahathir Məhəmməd Holland mallarının boykot edilməsinə çağırdı.

Və belə çağırışlar «Earth Times» qəzetinə istinad edən «İslam.ru» saytının verdiyi xəbərə görə, bütün İslam dünyası boyunca qəzet səhifələrindən və məscid minbərlərindən səslənməkdə davam etməkdədir. Bu cür çağırışlar, o cümlədən sabiq Hollandiya müstəmləkəsi olan İndoneziyadan da gəlməkdədir.

    Elə yalnız Malayziya ilə İndoziya birlikdə – əhalisinin sayı yüz milyonlara çatan çox nəhəng satış bazarıdır. Və işgüzar biznesmenlər bu nəhəng bazarı hansısa faşist siyasətçinin daxili kompleksləri səbəbindən itirməyi heç də istəmirlər.

    Belə ki, Hollandiya Sahibkarları Assosiasiyasının sədri Bernard Viyentyes «Het Financieele Dagblad» qəzetinə müsahibəsində açıq şəkildə bəyan etmişdir ki, ölkənin yerli biznesmenləri G.Vildersdən onun filminin nümayiş etdirilməsi ilə əmələ gəlmiş ziyanların maddi kompensasiyanı tələb etmək niyyətindədirlər.

    Əlbəttə ki, Niderland məhkəməsinin belə bir qərar qəbul edəcəyi ehtimalı azdır. Lakin, mənəviyyətsız parlament üzvünün hökumətin və ölkənin baş nazirinin şəxsən etdiyi bütün xahişlərə rəğmən hərəkət etdiyini, onun anti-islam «Fitnə» filminin isə özünüifadə azadlığının bütün mümkün sərhədlərini aşmış məzmunu ilə bütün dünya birliyi tərəfindən pislənməsini nəzərə alaraq, qəti şəkildə demək olar ki, müxtəlif formalı narahatçılıqların olması Vildersə zəmanət verilmişdir.

    Qeyd etmək lazımdır ki, mənəviyyatsız Geert Vildersin «yaratdığı» «sənət əsərinin» həm Avropa Birliyi və həm də Birləşmiş Millətlər Təşkilatı tərəfindən qazandığı ümumi ikrahedici qiymət fonunda, o, çətin ki, ətrafındakı dünya qarşısında yeni bir «ideya uğrunda əzabkeş» kimi dayanaraq bundan hansısa dividendlər qazana bilsin.

  RZA ADİL
“Deyerler” AİN
Şərhlər(0) Baxış sayı:115 DİNİ XƏBƏRLƏR islamofobun iqtisadi «qazanclari» 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com