Reklam verin!

Blog Haqqında

intizar85
Ey gözləri yollarda qoyan yar, qiyam et,
Yol gözləyən aşiqlərini naili-kam et,
Kafirləri, münkirləri, müşrikləri ram et,
Ei Ali-Peyəmbər uca təxtində məqam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Axtarış

Arxivlər

Dost bloglar

Sorğu

Həqiqi müntəzir kimdir?




Sayqaç

  • İndi blogda: 4
  • Keçən ayın hiti: 5288
  • Dünənki hit: 255
  • Bugünki hit: 125
  • Ümumi hit: 46302

Müxtəlif

ZÜHUR

Onun gəlişi ilə...

Kimin yeri dəlixanadır?

intizar85 İyun 1, 2008 19:57
18-05-2008
Vüqar Məmmədov
almaqezeti@gmail.com
 Kimin yeri dəlixanadır?

   “Hər şey axır, hər şey dəyişir” deyirlər. Amma dəyişməyənlər də var - bizim “formaca intelligent, məzmunca cahil”lər kimi. Bir əsrdir ki, onların çağdaşlığının üzü də, astarı da sabitdir: fərqli qiyafətlərə aludəlik, dinimizə, imanımıza həqarət.
   Buyurun, baxın «Alma» qəzetinin 13-19 aprel 2008-ci il tarixli sayında yeni çağdaşbaşlımız Güntay Gəncalpın ««Antiaxundov» yazısı üzərinə tənqidi baxış»larına. Bu da sizə onun “fətva”sı: “Bu gün «Mehdi» gözləyən insanların hamısının yeri dəlixana olmalıdır!”
   Nəyə görə?
   “Çünki elmi baxımdan bir insanın qeyb olub min illər boyunca yaşaması mümkün deyildir. İnsanın hüceyrələri, yaradılışı buna imkan vermir”, bir də “Atatürk ... .”.
   Üç min ilə yaxındır ki, yəhudilər müvəqqəti ibadətgahda - sinaqoqda ibadət edir, Babil çarı II Navuxodonosor tərəfindən uçurulmuş məbədlərinin, yolunu gözlədikləri Maşiax tərəfindən bərpa ediləcəyinə inanırlar. İki min ildən artıqdır ki, xaçpərəst dünyası Xristosun dirilib onları xilas edəcəyinə inanır. Hamı gözləyir...
   İndi biz - Hz. Mehdini (ə.f.) gözləyən milyonlar, bu dəlixana “streloçnik”inə necə başa salaq ki, sənin inamsızlığın təcrübi müstəvidə, bizim inamımız isə ilahi müstəvidə bərqərardır. Əgər sizin sözlərinizi “Quran ayəsi” hesab etsək, onda yer üzü dəlixanadır.
   Mənim inancım isə budur ki, Qurani-Kərim Allah kəlamıdır. Açıq hesab etdiyiniz gözlərinizi açıb, qeyri-mümkün hesab etdiyiniz hadisələrin keçmişdə baş verməsini oxuyun: «(Ya Rəsulum!) Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: «Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver! (Bizi kafirlərin bəlasından, düşmənlərin təhlükəsindən qoru, bizə ruzi verib doğru yola yönəlt!)” - demişdilər. Biz onları mağarada illərlə (üç yüz doqquz il) yuxuya verdik. Sonra iki tayfadan (möminlərdən və kafirlərdən) hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq» (Əl-Kəhf, 10-12).
 O ki qaldı elmə, görünür, onu da təzədən öyrənməyiniz lazım gələcək. Çünki müasir biologiya elmi insan hüceyrələrinin, hətta sizin düşündüyünüzdən də uzun illər boyu yaşaya biləcəyini söyləyir.
   Hörmətli Güntay bəy!
   Çoxlarının axıra qədər səbir edib oxumağa hövsələsi çatmayacağı dörd qəzet səhifəsi həcmində yazınızı bir neçə dəfə oxudum. Onun səfəvilərin, şiələrin, cahillərin, Şah İsmayılın, Sultan Səlimin tarixdə nə etdikləri haqqında doğru-yanlış olan hissələrinə münasibət bildirmək ilahiyyatçıların, tarixçilərin işidir. Məni düşündürən isə başqa məsələlərdir:
   1. Özünü “Mehdi” kimi qələmə vermək istəyənlərin Atatürk tərəfindən dəlixanaya göndərilməsindən, hansı ağılla “Mehdi”ni gözləyənlərin yerinin dəlixana olması qənaətinə gəldiniz?
   2. Tolerantlığın əksinə olaraq, inancına görə milyardlarla insana dəlixana qapısını göstərib təhqir edən zaman, başqasının qarnını yarıb uşaqlarını öldürdüyünü iddia etdiyiniz qızılbaşlardan fərqli olaraq, yüksək elmi nailiyyətlər əldə edərək, halalca uşaqlarını modern texnologiyalarla - abort vasitəsilə öldürən qərbliləri tərifləməyiniz bir yana, sağlamlığınız barədə düşünmüsünüzmü?
   Allah Qurani-Kərimdə buyurur: «...Sizə qarşı həddini aşanlara siz də həmin ölçüdə həddi aşın (cavab verin).» (Bəqərə, 194). Bu ayə mənə sizi eyni dərəcədə təhqir etmək haqqı verir. Kamillik zirvəsində dayanan İslam Peyğəmbərinin (s), eləcə də «şiələrin uydurduğu imamlar»ın əxlaqı isə mənə qərar tutduğunuz səviyyəyə enməməyi tövsiyə edir. Çünki Allahın faili-muxtar yaratdığı hər bir həddi-büluğa çatmış insandan (əgər ağlı başındadırsa) yanlışlıqlarına görə hesab sorulacağı inancındayam. Hz. Nuh Peyğəmbərdən (ə) fərqli olaraq, əziyyətləri müqabilində ümmətinə heç vaxt nifrət etməyən Hz. Əli (ə), eləcə də «Niyə imam o oldu?» söylədiyiniz Hz. Zeynul-Abidin (ə) əxlaqı ilə mən də sizi heç bir şeydə ittiham etməyərək: «Yazdıqlarınız həqiqətdirsə, Allah bizə doğru yolu göstərsin, yalandırsa, sizin günahlarınızı bağışlasın!» - deyirəm!
   “Alma” qəzetinin əməkdaşlarına isə tövsiyə edərdim ki, nə yazmaq, necə yazmaq, nəyi dərc etmək mübahisəsiz hüquqları olsa da, heç olmasa, ən böyük arzusu İmam Hüseynin türbəsinin kölgəsində əbədiyyətə qovuşmaq olan dahi Füzulinin ruhunu belə həqarətlərlə incitməsinlər.
Şərhlər(0) Baxış sayı:62 ANTIAXUND ( OV ) kimin yeri dəlixanadır 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com