Reklam verin!
Yuma Ailə Jurnalı

Blog Haqqında

intizar85
Ey gözləri yollarda qoyan yar, qiyam et,
Yol gözləyən aşiqlərini naili-kam et,
Kafirləri, münkirləri, müşrikləri ram et,
Ei Ali-Peyəmbər uca təxtində məqam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Axtarış

Arxivlər

Dost bloglar

Sorğu

Həqiqi müntəzir kimdir?




Sayqaç

  • İndi blogda: 3
  • Keçən ayın hiti: 5288
  • Dünənki hit: 255
  • Bugünki hit: 156
  • Ümumi hit: 46333

Müxtəlif

ZÜHUR

Onun gəlişi ilə...

Mehdi var!

intizar85 İyun 1, 2008 20:01
18-05-2008
Pərviz Əzimov
pervizezimov@gmail.com
 Mehdi var!

   İnsanları inancına görə təhqir etmək olmaz
   
   Axır vaxtlar “Antiaxund(ov)” yazısı ətrafında yazılan yazılar özünün absurd həddinə çatıb. Mən dindaram, həm də müasir bir gənc kimi liberal dəyərlərə ehtiramla yanaşıram. Amma Gəncalp kimi özünü liberal dəyərlərin tərəfdarı kimi qələmə verməyə çalışanlar insanda liberalizmə qarşı məhəbbətdən çox, nifrət hissi oyadır.
   Təsəvvür edin, liberal mövqeli birisi toplumun bir qismini inancına görə təhqir edir.
   Güntay Mehdiçiliyin bir mif olduğunu, belə bir insanın ümumiyyətlə, dünyaya gəlmədiyini, bu qədər yaşamasının qeyri-mümkünlüyünü söyləyir.
   Əvvəl Mehdi (ə)-ın dünyaya gəlib-gəlməməsini aydınlaşdıraq.
   Müəllif özü mötəbər hesab etdiyi mənbələrdən sitat gətirib yazır ki, imam Həsən Əsğəri (ə)-ın Cəfər adlı bir qardaşı var idi və o xalq arasında Kəzzab Cəfər, yəni yalançı Cəfər kimi tanınırdı (bəzi mənbələr hətta imamın ozünün də qardaşını belə adlandırdığını qeyd edir- P.Ə.). Sonra yazır ki, Həmin Kəzzab Cəfər Allahın birliyinə and içib ki, qardaşının heç vaxt övladı olmayıb. Bu fikir nə qədər ziddiyyətli olsa da, bir o qədər də gülməlidir. Deməli, müəllif bir yalançının sözünə inanır və həqiqətən də Mehdin(ə)-in dünyaya gəlmədiyini qeyd edir, amma digər mötəbər mənbələrin əks məlumatlarına yox? Halbuki istər şiə, istərsə də sünni alımlərinin əsərlərində Mehdi (ə)-ın varlığı haqqında çoxlu məlumatlar var. Bu tip alimlərdən olan və sünnilərin 5 ən mötəbər mənbələrindən biri hesab edilən alim Nasirəddin Əlbanı özünün “Ət-Təmaddinul-islami” (hicri 1371 ci il) əsərində yazır:
“Həqiqətən Mehdi (ə)-ın zühuruna əqidə sabit bir əqidədir və Peyğəmbərdən bizlərə etibarlı mənbələrdən nəql olunmuşdur”. Sünnə əhlinin mötəbər hesab etdiyi mənbələrdən digəri isə Əbdül Möhsun ibn Həmdul İbadin “Əl-Cəmaül-islamiyyə ”sidir. Həmin kitabda qeyd olunur: “Məhdəviyyətin təsdiqi və ona inam islam peyğəmbərinin risalətinə imandadır...”. Bu tip misalların sayını kifayət qədər artırmaq olar.
   Keçək növbəti suala: Bir insan bu qədər yaşaya bilərmi?
   Doğrudan da bu, həqiqətən məntiqi və əqli dəlil tələb edən sualdır. Bu suala həm dini, həm fəlsəfi, həm də bioloji cəhətdən cavab vermək olar. Söhbət dindən gedirsə, ilk öncə buna bir dini isbat verək. Şübhəsiz ki, islamın ən mötəbər mənbəsi olan Quranda bu isbatı axtaraq. Allah Bəqərə surəsinin 20-ci ayəsində buyurur: “Həqiqətən Allah hər şeyə qadirdir”. Bundan başqa, Nisa surəsinin 56-ci ayəsində təkrarən buyurur: “Əlbəttə, Allah yenilməz qüvvət, hikmət sahibidir”. Bu qəbildən olan kifayət qədər ayə sadalamaq olar. Yəni Allah hər şeyə qadir olub bir insana bu qədər yaşama hüququ verə bilməzmi?! Bu, dini isbat.
   Yuxarıdakı ayələrə istinadən belə bir fəlsəfi isbat da verə bilərik. Ümumiyyətlə, bizim varlıgımız müəyyən məkan və zaman daxilindədir. Bir anlığa təsəvvür edək ki, hər hansı bir varlıq zaman və məkan çərçivəsindən kənara çıxıb (şübhəsiz ki, Allahın hər şeyə qadir olmasını xatırlamalıyıq). Bu zaman həmin varlığın mövcudatını fikirləşək və bunu Mehdi (ə) timsalında düşünək. Zaman və məkan daxilində bizim sistemimizə əsasən illər, aylar ötür və biz yaşa doluruq. Bu sistem müəyyən şərti obyektlərə nəzərən qurulub və bu obyektlər başlanğıc götürülüb (məs: Günəş). Kainatda isə nəyin başlanğıc, nəyin son olması məlum deyil, yəni bizim sistemimiz nisbidir. Bu sistemdən kənarda hadisələrin dərki bizə məxsus deyil, yəni Mehdi (ə)-ın “illərlə” yaşamaması məntiqi səhvdir.
   Bioloji nöqteyi-nəzərdən yanaşsaq, ölümə səbəb insan orqanizmində bioloji dövrandan kənaraçıxmalar və “ölum xəbərli” genetik informasiyalardır. Əgər orqanizmdə bu kənaraçıxmalar olmasa və qeyd etdiyimiz genlər (apatoz genləri) oxunmasa, sübut olunub ki, insan ömrü üçün hər hansı bir limit yoxdur.
   Son olaraq qeyd etmək istəyirəm ki, yazdıqlarımdan belə bir nəticə çıxarmaq olmaz ki, biz bütün ümidimizi Mehdiyə (ə) bağlayıb öz yerimizdə oturmalıyıq. Bu gün hamımız gündəlik həyatımızın daha da yaxşı keçməsi üçün əlimizdən gələni etməliyik.
   Onu da qeyd edim ki, məni Gəncalpın yazısından daha çox, bu yazılara məntiqi cavablar verməyən “mollala”rımız əsəbiləşdirdi. Özünü az qala dinin sütunu adlandıranların işi-gücü görünür, "fətva" verib kimlərisə içəri basdırmaqla bitir.

Şərhlər(0) Baxış sayı:96 ANTIAXUND ( OV ) mehdi var 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com