Reklam verin!
اللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِدا ‏وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَك َطَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً
Fərəc duası

Blog Haqqında

intizar85
Ey gözləri yollarda qoyan yar, qiyam et,
Yol gözləyən aşiqlərini naili-kam et,
Kafirləri, münkirləri, müşrikləri ram et,
Ei Ali-Peyəmbər uca təxtində məqam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Axtarış

Arxivlər

Dost bloglar

Sorğu

Həqiqi müntəzir kimdir?




Sayqaç

  • İndi blogda: 3
  • Keçən ayın hiti: 5288
  • Dünənki hit: 255
  • Bugünki hit: 123
  • Ümumi hit: 46300

Müxtəlif

ZÜHUR

Onun gəlişi ilə...

İmam Zamanın duası

intizar85 Noyabr 1, 2007 19:04

Ey Rəbbim, bizi itaətli olmaqda müvəffəq et. DuaBizi günahdan uzaqlaşdır və saf niyyətli et. Yanında uca məqamı olanalrı bizə tanıtdır və öz hidayətini halımıza şamil et. Dilimizi düz danışan, xeyirli və hikmətli qərar ver. Qəlbimizi elm və mərifətlə zəngin et. Qəlbimizi haram və şübhələrdən pak et. Əlimizi xalqa zülm etməkdən, oğruluqdan qoru. Gözümüzü günah və xəyanətdən qoru. Qulağımızı yersiz sözlərdən və qeybət eşitməkdən qoru. Alimlərimizə zöhd və nəsihət, tələbələrimizə təlaş və rəğbət, xəstələrə sağlamlıq və rahatlıq, ölülərimizə rəhmət və ucalıq, qocalarımıza vüqar və təmkinlik, cavanlara tövbə və etdikləri günahlardan peşmançılıq hissi, qadınlara ismət və həya, varlılara təvazökarlıq, kasıblara səbr və qənaət, əsgər və zabitlərimizə kömək və qələbə, əsirlərimizə azadlıq, başçılara ədalət və şəfqət, rəiyyətə gözəl əxlaq və insaf, hacıların mallarına bərəkət və onlara fərz etdiyin ömrə həccini əta et.

"Məfatihul-Cinan" dua kitabı.

Şərhlər(0) Baxış sayı:139 Noyabr 1, 2007 19:04

İmam Mehdini anma vaxtları

intizar85 Oktyabr 31, 2007 12:01

Hər namazdan sonra,Zaman

Hər zöhr namazından sonra

Hər əsr namazından sonra

Hər sübh namazından sonra

Hər qılınan iki rukət gecə namazından sonra

Hər qılınan namazın qunut duasında

Səcdə halında

Şükr səcdəsində

Hər sübh və axşam

Günün son saatlarında

Dördüncü gün

Bütün Cümə günü

Novruz bayramında

Ərəfə günündə

Fitr bayramında

Qurban bayramında

Aşura günündə

Şaban ayının on beşinci günü

Şaban ayının on beşinci gecəsi

Bütün ramazan ayı boyu

Özünə və ailənə etdiyin bütün dualardan qabaq

Ramazan ayının altıncı gecəsi

Mənbə: Mikyalul-məkarim, c.2, səh.154

Şərhlər(0) Baxış sayı:145 Oktyabr 31, 2007 12:01

Fərəc duası

intizar85 Oktyabr 22, 2007 14:05

İmam Mehdiİlahi! Canişinin, Höccət ibnil-Həsənə (Salavatın ona və əcdadına olsun), öz məsləhətinlə onu yer üzündə sakin edənə kimi, uzun müddət hamı üçün xeyr-bərəkət qərar verənə qədər, vəli, qoruyan, rəhbər, kömək edən, yol göstərən və gözətçi ol!!! Öz rəhmətinlə ey aləmlərin rəbbi!

Davamı...
Şərhlər(0) Baxış sayı:114 Oktyabr 22, 2007 14:05

  Yazılar cəmi: 3   
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com