Reklam verin!
Yuma Ailə Jurnalı
اللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِدا ‏وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَك َطَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً
Fərəc duası

Blog Haqqında

intizar85
Ey gözləri yollarda qoyan yar, qiyam et,
Yol gözləyən aşiqlərini naili-kam et,
Kafirləri, münkirləri, müşrikləri ram et,
Ei Ali-Peyəmbər uca təxtində məqam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Axtarış

Arxivlər

Dost bloglar

Sorğu

Həqiqi müntəzir kimdir?




Sayqaç

  • İndi blogda: 3
  • Keçən ayın hiti: 5288
  • Dünənki hit: 255
  • Bugünki hit: 107
  • Ümumi hit: 46284

Müxtəlif

ZÜHUR

Onun gəlişi ilə...

NƏ OLSUN, QƏLBİM Kİ, TƏMİZDİR!

intizar85 Aprel 6, 2008 17:13

,İBRET!!!

   02,04,2008

    Tez-tez belə bir söz eşidirik:  "Nə olsun, qəlbim ki,  təmizdir!"...

    Siz belə bir şey eşitdiyiniz zaman onu söyləyənlərə cavab olaraq "Qəlbləri təmizləyən ibadətdir!" deyin. Özü də bunu heç çəkinmədən söyləyin! Hələ bu harasıdır!

    Cəmiyyətimizdə bəzən elə ifadələrə (məsələn, "Mən namaz qılan bir çox insandan daha yaxşıyam" və s.) rast gəlirik ki, insan onlar qarşısında susmaya bilmir. Bu cür ifadələr nadanlığın son həddindədir və namazın vacib olduğunu unudaraq deyilən düşünülməmiş kəlmələrdir...

    Əslində bu, bir az da bizdən qaynaqlanır. Biz, çox təəssüf ki, bu cür faydasız şeylərə baş vurur, bəhanələr uydururuq. Xahiş edirəm, səhv başa düşməyin. Məqsədim əxlaqı cılızlaşdırmaq deyil. "Qəlbim təmizdir" deyərək ibadəti tərk edənlərə bir-iki kəlmə söz demək istəyirəm. Mən əxlaqın iman və ibadətin yarısı olduğunun fərqinə varıram.

    Unutmayaq ki, Peyğəmbəri (s) peyğəmbər edən onun yüksək əxlaqı və ibadəti idi. Deməli, əxlaqın ucalmasına səbəb ibadətdir. Allaha qarşı borcunu yerinə yetirməyən, ona təşəkkür etməyi özünə çox bilən insanın qəlbi necə  təmiz ola bilər?! Həyat nə qəribədir?

    Bəli, biz müsəlmanıq və ətrafımız bizi dindar kimi tanıyır. Üzərimizdə tər-təmiz bir paltar - dindarlıq sifəti var. Əgər o, tər-təmiz, ağappaq paltarda kiçik bir ləkə olsa "göz çıxarar". Biz nəzərlər altındayıq. Gəlin, İslamın yüksək əxlaqını əhatəmizdə olanlara, müsəlman olmayanlara və sonradan İslama daxil olmalarına vəsilə olacaq şəxslərə göstərək.

    Əgər biz İslam əxlaqını və imanın həqiqətini öz əməllərimizlə nümayiş etdirsək, digər dinlərin mənsubları da, təbii ki, İslama meyl edəcəklər. Bəlkə də Yer kürəsinin bir çox dövləti İslamla şərəflənəcəkdir.

Davamı...
Şərhlər(0) Baxış sayı:99 Aprel 6, 2008 17:13 ibrət al 

Günümüzün böyük bəlası: israf

intizar85 Aprel 3, 2008 14:57

 

İSRAF

Günümüzün böyük bəlası: israf 

Ovcunda bir tikə çörək tutmusan, o sənin ruzindir. Amma sən ona bir qədər fərqli gözlə bax.

 O çörəkdə torpağın bərəkəti var, günəşin hərarəti var, külək var, dənin dəyirmanda üyüdülməsi, unun su ilə yoğrulması, bişirilməsi və son halına gətirilməsi var.
Bəziləri çörəyi bəşəriyyətin ən böyük kəşfi hesab edirlər. Amma təəssüflər olsun ki, bu böyük kəşf də bəzən zibil yeşiklərinə atılır.
Dünya üzü  hər cür nemətlərlə təmin olunub. Hamısı da biz insanlar üçün. Bu gün dünyanın bir tərəfində insanlar hər cür naz-nemət içində üzdükləri halda, digər tərəfində aclıq hökm sürür. Bəşəriyyət nemətləri bölə bilmir, daha doğrusu, bu mövzuda İlahi prinsipləri unudub.

Davamı...
Şərhlər(0) Baxış sayı:47 Aprel 3, 2008 14:57 israf 

SƏXAVƏT

intizar85 Mart 5, 2008 23:01

ÜZÜM 

ÜZÜM]

  
Vermek çoğalmaktır 

Bir zamanlar bir köylü bir medresenin kapısını çaldı.
Kapılara bakan talebe gelip kapıyı açtığında köylü ona nefis bir salkım üzüm uzattı. “Bunlar benim bağımın en güzel üzümleri. Size hediye olarak getirdim.” “Teşekkür ederim” dedi talebe. “Onları hemen hocamıza götüreceğim. İkramınızdan çok memnun olacaktır.” “Hayır, hayır” diye atıldı köylü. “Ben bunları sana getirdim. “Bana mı?”
.,
Davamı...
Şərhlər(0) Baxış sayı:75 Mart 5, 2008 23:01 səxavət 

40 il əvvəl doğulan 10 yaşlı “sirli aparıcı”: Rəha Yeprəm

intizar85 Mart 5, 2008 22:43
RƏHA
25.02.2008 [20:17]
   
40 il əvvəl doğulan 10 yaşlı “sirli aparıcı”: Rəha Yeprəm 

1968-ci ildə dünyaya gəlsə də, 10 yaşı olduğunu söyləyir.

Bunu ömrünün böyük hissəsini  manekenlik və rəqqaslıq kimi məşğuliyyətlərlə keçirməklə izah edir. Lakin “Samanyolu” televiziyasında işləməyə başladıqdan sonra həyat tərzi, dünyaya baxışı və düşüncəsi bütövlükdə dəyişib. Ona görə də bu televiziyanı özü üçün məktəb hesab edir. Onun fikrincə, sənət yalnız Allahı anlatmalıdır, Allahı anlatmayan sənət isə sənət deyil. O düşünür ki, sənətə məşhur olmaq üçün gəlmək əsla doğru deyil. Sənət insanın Haqqa yolunu açmalıdır... O, həyatında heç nəyi planlaşdırmayıb. “Mən mənim üçün planlaşdırılan həyatı yaşayıram”, - deyir.  Türkiyənin “Samanyolu” televiziyasının “Sırlar dünyası” verilişinin aparıcısı Rəha Yeprəmin sirlər dünyasına səyahət edək.

-

Davamı...
Şərhlər(0) Baxış sayı:107 Mart 5, 2008 22:43 rəha 

DÜNYA İBRET DÜNYASİDİR!

intizar85 Fevral 27, 2008 18:40

 

DÜNYA İBRET DÜNYASİDİR!

Lotereya qəhrəmanı komasında donaraq öldü 

Müqəddəs kitabımızda: “Sizin üçün xeyirli bildiyiniz çox şeydə sizin üçün zərər, zərərli bildiyiniz çox şeydə də böyük faydalar var” buyurulmaqdadır.

Türkiyənin Dənizli vilayətinin Sarayköy rayonunun Tırkaz kəndinin sakini Mehmet Sarıoğlunun taleyinə elə bil güzgü tutur bu sözlər.
Bir vaxtlar adı bütün Türkiyədə məşhurlaşdı. Hətta ona qibtə edənlər də oldu. Zarafat deyil, illik lotereya oyununun qalibi olmuşdu.

Davamı...
Şərhlər(0) Baxış sayı:85 Fevral 27, 2008 18:40 ibret 

  Yazılar cəmi: 5   
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com