Reklam verin!
Yuma Ailə Jurnalı

"Qurani-kərim" dən seçilmiş əsərlər

dini 

"Rabbənə zaləmnə ənfusənə və ən ləm təğfir lənə və tərhmnə lənəkunənnə minəl - xasirin"
"Ey rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz şübhəsiz ki ziyana düşənlərdən olarıq" (əl-Əraf,23) ;

"Rabbi inni əuzu bikə ən əsələkə mə leysə li bihi elmun və illə təğfir li və tərhəmni əkun minəl-xasirin"
"Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram" ( Hud, 47) ;

"Rabbi-ğfirli va livalideyyə va limən dəxalə beytiyə muminən va li-l-mumininə val-muminət va lə təzidiz-zaliminə illə təbəra"
"Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kəmə daxil olan kimsəni və (Qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalimlərin isə ancaq həlakını artır" (Nuh,28).

"Rabbənə təqabbəl minnə,innəkə əntə-səmiyul-alim "
"Ey Rəbbimiz!(Bu xeyirli işi) məndən qəbul et, sən doğrudan da, (hər şeyi) Eşidən və Bilənsən" (əl-Bəqərə , 127).

"Va tub aleynə, innəkə əntə-t-tavvəbu-r-rahim"
"Tövbəmizi qəbul et!Həqiqətən Sən tövbələri qəbul Edən və Mərhəmətlisən" (əl-Bəqərə,128).

"Rabbi-c-alni muqayimə-s-saləti va min zurriyəti.Rabbənə va təqabbəl duai"
"Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılanlardan et. Ey Rəbbim, duamı qəbul buyur!" (İbrahim,40).

"Rabbənə-ğ-firli va livalideyyə va lil-mumininə yəumə yəqumul-hisəb"
"Ey Rəbbimiz! Haqq-hesab çəkilən gün məni, ata-
anamı və möminləri bağışla" (İbrahim, 41).

"Rabbi həb li hukmən va əlhiqni bi-s-salihin vacəl li lisənə sidqin fil-axirin va-c-alni min varəsəti cənnətin-nəim"
"Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur. Sonra gələnlərarasında mənə yaxşı ad qismət et! Məni Nəim cənnətlərinin varislərindən et!" (əş-Şuəra,83-85).

"Rabbi həb li minə- s- salihin"
"Ey rəbim! Mənə salehlərdən olan bir övlad bəxş et!" (əs-Saffat, 100).

"Rabbənə aleykə təvəkkəlnə va ileykə ənəbnə vaileykə-l-masir".
"Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə qayıtdıq. Axır dönüş də ancaq sənin hüzurunadır" (əl-Mumtəhinə, 4).

"Rabbənə lə təcalnə fitnətən li-l-ləzinə kəfəru va-ğ-firlənə. Eabbənəinnəkə əntə-l-azizul-həkim"
"Ey Rəbbimiz! Bizi kafirlərin əlinə salma! Bizi bağışla, həqiqətən, Sən yenilməz qüvvət və hikmət Sahibisən" (əl-Mumtəhinə, 5).

"Rabbi əvzini ən əşkura nimətəkə-l-ləti ənamtə aleyyə və alə valideyyə va ən əmələ salihən tərdah va ədxilni birahmətikə fi ibədikə-s-salihin "
"Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükr etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinlə saleh bəndələrinin sırasına daxil et!" (ən-Nəml, 19).

"Rabbi həb li min lədunkə zurriyyətən tayyibə, innəkə səmiu-d-dua"
"Ey Rəbbim! Mənə də öz tərəfindən bir övlad bəxş et! Sən həqiqətən, dualarıeşidənsən!" (Ali-İmran, 38).

"Rabbi lə təzərni fərdən va əntə xayru-l -varisin"
"Ey Rəbbim! Məni tək (kimsəsiz,varissiz) buraxma. Sən varisləri ən yaxşısısan" (əl-Ənbiya, 89).

"lə iləhə illə ənt subhənəkə inni kuntu minə-z-zalimin"
"Səndən başqa heç bir (ibadətə layiq olan) ilahi yoxdur. Mən isə həqiqətən zalimlərdən olmuşam " (əl-Ənbiya, 87).

"Rabbi-ş-rahli sadri va yəssir li əmri va-h-lul uqdətən min lisəni yəfqahu qauli"
"Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar" (Ta ha, 25-28).

"Rabbi inni zaləmtu nəfsi fə-ğ-firli"
"Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!" (əl-Qasəs, 16).

"Rabbənə əmənə bimə ənzəltə va-t-təbənə-r-rasulə fəktubnə məəş-ş-şəhidin"
"Ey Rəbbimiz! Bizə nazil etdiyinə iman gətirdik və peyğəmbərinə tabe olduq. Artıq bizləri şahid olanlarla bir yerdə yaz" (Ali İmran, 53).

"Rabbənə lə təcəlnə fitnətən li-l-qaumi-z-zalimin va nəccinə birahmətikə minə-l-qaumi-l-kafirin"
"Ey Rəbbimiz! Bizi zalim tayfanın fitnəsinə uğratma! Zalim tayfanın əlində sınağa çəkmə, və bizi öz mərhəmətinlə kafirlərin əlindən qurtar!" (Yunus, 85-86).

"Rabbənə-ğfirlənə zunubənə va israfənə fi əmrinə va səbbit əqdəmənə va-n-surnə alə-l-qaumi-l-kəfirin".
"Ey Rəbbimiz! Günahlarımıza və işlərimizdə həddimizi aşdığımıza görə bizi bağışla, qədəmlərimizi möhkəmləndir və kafirlərə qələbə çalmaqda bizə kömək et!" (Ali İmran, 147).

"Rabbənə ətinə min lədunkə rahmətən və həyyi lənə min əmrinə raşədə"
"Ey Rəbbimiz! Bizə öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver!" (əl-Kəhf, 10).

"Rabbi zidni ilmən"
"Ey Rəbbim! Mənim elmimi artır!" ( Ta ha, 114 ).

"Rabbi əuzu bikə min həmzəti-ş-şəyatin va əuzu bikə rabbi ən yəhdurun"
"Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların yanımda olmalarından Sənə pənah aparıram, ey Rəbbim!" (əl-Muminun, 97-98).

"Rabbi-ğ-firli va-rhəm va əntə xeyru-r-rahimin"
"Ey Rəbbim! Bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan" (əl-Muminun, 118).

"Rabbənə ətinə fi-d-dunyə həsənətən va fi-l axirəti həsənətən və qınə azəbə-n-nər"
"Ey Rəbbimiz! Bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!" (əl-Bəqərə, 201).

"Səminə va ətanə ğufranəkə rabbənə va ileykə-l-masir "
"Eşitdik və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla. Sənin dərgahına (hüzuruna ) qayıdacağıq " (əl-Bəqərə, 285).

"Rabbənə lə tuəxiznə in nəsiynə au əxtanə rabbənə va lə təhmil aleynə au əxtanə rabbənə va lə təhmil aleynə isran kəmə haməltəhu alə-l0ləzinə min qablinə rabbənə va lə tuhəmmilnə mə lə taqətə lənə bihi vafu annə vağfir lənə varhəmnə əntə məulənə fənsurnə alə-l-qaumi-l-kəfirin"

"Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi bizi ağır yükləmə1 Ey Rəbbimiz, güvümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əvf edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar Sahibimizsən.Kafirlərə qələbə çalmaqda bizə kömək et!" (əl-Bəqərə, 286).

"Rabbənə lə tuziğ qulubənə bədə iz hədəytənə va həb lənə lədunkə rahmətən innəkə əntə-l-vahhəb"
"Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə salma! Bizə öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən doğrudan da bəxşiş verənsən!" (Ali İmran, 8).

"Rabbənə mə xaləqtə həzə batilən subhənəkə fəqinə azəbə-n-nər rabbənə innəkə mən tudxili-n-nəra fəqəd əxzəytəhu va mə li-z-zaliminə min ənsar rabbənə innənə səminə munədiyən yunədi li-liiməni ən əminu birabbikum fə əmənnə rabbənə fəğfir lənə zunubənə va kəffir annə seyyiətinə va təvaffənə məə-l-əbrar rabbənə va ətinə mə vaadtənə alə rusulikə va lə tuxzinə yəumə-l-qiyəməti innəkə lə tuxlifu-l-miyad"
"Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından Özün qoru! Ey rəbbimiz , sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə , rüsvay edərsən və zalimlərə kömək edən olmaz! Ey Rəbbimiz , həqiqətən, biz: "Rəbbinizə inanın " -deyə iman tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik.Indi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al! Ey Rəbbimiz, Öz peyğəmbərlərin vasitəsilə izə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, sən öz vədinə xilaf çıxmazsan " (Ali İmran, 191-194).

"Rabbənə-srif annə azəbə cəhənnəmə innə azəbəhə kənə ğaramən innəhə səət mustəqqaran va muqamə"
"Ey rəbbimiz, Cəhənnəm əzabını bizdən sovuşdur! Şübhəsiz ki, onun əzabı həmişəlikdir.Doğrudan da, o ən pis məskən, ən pis yerdir" (əl-Furqan, 65-66).

"Rabbənə həb lənə min əzvacinə va zurriyətinə qurratə əyinun va-c-alnə li-l-muttəqinə iməmə"
"Ey Rəbbimiz! Bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! " (əl-Furqan,74).

"Rabbənə-ğ-fir lənə va li ixvaninə-l-ləzinə səbəqunə bi-l-imən va lə təcəl fi qulubinə ğıllən li-l-ləzinə əmənu rabbənə innəkə raufun rahim"
"Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz, Sən, həqiqətən, şəfqətli və mərhəmətlisən" (əl-Həşr, 10).

"Rabbənə ətmim lənə nuranə vəğfir lənə innəkə alə kulli şeyin qadir"
"Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən" (ət-Təhrim, 8).

"Rabbical həzə-l-bələdə əminən vacnubi va bəniyyə ən nəbudə-l-əsnam"
"Ey Rəbbim, bu diyarı (Məkkəni) əmin -amanlıq yurdu et! Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq et!" (İbrahim, 35).

"Rabbi inni limə ənzəltə ileyyə min xeyrin fəqir"
"Ey rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam" (əl-Qəsəs, 24).

"Rabbi-nsurni alə-l-qaumi-l-mufsidin"
" Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et! " (əl-Ənkəbut, 30).

"Həsbiyəllahu lə iləhə illə huva alryhi təvəkkəltu va hua rabbu-l-arşi-l-azım "
" Mənə təkcə Allah yetər, Ondan başqa heç bir tanrı yoxdur, O, əzəmətli Ərşin Sahibidir " (ət-Tövbə, 129).

"Asə rabbi ən yəhdiyəni səvaə-s-səbil"
"Ola bilsin ki, Rəbbim mənə doğru yol göstərsin " (əl-Qəsəs, 22).
Səhih hədislərdəki bəzi dualar

"Allahummə inni əuzu bikə min fitnəti-n-nəri va azəbi-n-nər va fitnəti-l-qabri va azəbil qabri va şərri fitnəti-l-ğinə va şərri fitnəti-l-fəqr. Allahummə ini əuzu bikə min şərri fitnəti-l-məsihi-d-dəccəl. Allahummə-ğsil qalbi bi-l-məi-s-səlci va-l-bəradi va nəqqi qalbi minə-l-xatayə kəmə nəqqaytə-s-səubə-l-əbadə minə-d-dənəsi va bəid bəyni va bəynə xatayəyə kəmə bəadtə beynə-l-məşriqi va-l-məğrib. Allahummə inni əuzu bikə minə-l-kəsəli va-l-məsəmi va-l-məğrami"
"Allahım! Cəhənnəm və qəbr əzabından, onların fitnəsindən, həmçinin var-dövlət və kasıbçılıq fitnəsinin şərindən Sənə sığınıram! Allahım, yalançı Məsihin fitnəsinin şərindən sənə sığınıram. Allahım, qəlbimi su, qar və buz ilə ağ paltarın çirkdən təmizləndiyi kimi xətalardan təmizlə və onları məndən məşriqi məğribdən uzaq etdiyin kimi uzaq et! Allahım, tənbəllikdən, günahlardan və borclu olmaqdan sənə sığınıram! " (əl-Buxari, 6377).

"Allahunmmə inni əuzu bikə minə-l-aczi va-l-kəsəli va-l-cubni va-l-hərami va-l-buxli va əuzu bikə min azəbi-l-qabri va min fitnəti-l-məhyə va-l-məmət"
"Allahım! Acizlik, tənbllik, qorxaqlıq, qocalıq və paxıllıqdan sənə sığınıram. Həmçinin qəbr əzabından, ölümün və həyatın fitnəsindən Sənə sığınıram! " (əl-Buxari, 6367).

"Allahummə inni əuzu bikə min cəhdi-l-bələi va dəraki-ş-şəqai va sui-l-qadai va şəmətəti-l-ədəi"
"Allahım! Bəla məşəqqətindən, bədbəxtçilikdən, pis taledən və düşmənlərin bədxahlığından sənə sığınıram!" (əl-Buxari, 6347).

"Allahummə inni əuzu bikə minə-l-buxli va əuzu bikə minə-l-cubni va əuzu bikə min ən uraddə ilə ərzəli-l-umuri va əuzu bikə min fitnəti-d-dunyə va əuzu bikə min azəbi-l-qabri"
"Allahım, paxıllıqdan, qorxaqlıqdan, ən rəzil ömürə qayıtmağımdan, dünyanın (yəni yalançı Məsihin) və qəbr əzabının fitnəsindən Sənə sığınıram" (əl-Buxari, 6365).

"Allahummə-ğfirli va cəhli va israfi fi əmri va mə əntə ələmu bi minni. Allahummə -ğfirli həzli va cəddi va xatai va amdi va kullu zalikə indi"
"Allahım! Günahımı, cahilliyimi, etdiyim israfı və bilməyib etdiklərimi - yalnız Sən hər şeyi bilənsən-bağışla. Allahım, zarafatla, ciddi, bilməyərək və bilərəkdən etdiyim səhflərə görə məni bağışla! Bunların hamısının məndə olması mümkündür!" (əl-Buxari, 6399).

"Allahummə inni zaləmtu nəfsi zulmən kəsiran va lə yəğfiru-z-zunubə illə əntə fə-ğfirli məğfiratən min indikə varhəmni innəkə əntə-l-ğafuru-r-rahim!"
"Allahım, mən nəfsimə çox zülm etmişəm, günahları da bağışlayan yalnız Sənsən. Günahlarımı bağışla və mənə rəhm et.Həqiqətən, Sən Bağışlayan və rəhm Edənsən! " (əl-Buxari, 834).

"Allahummə ləkə əsləmtu va bikə əməntu va əleykə təvəkkəltu va ileykə ənəbtu va bikə xasamtu. Allahummə inni əuzu bi izzətikə lə iləhə illə əntə ən tudilləni əntə-l-heyyu-l-ləzi lə yəmutu va-l-cinnu va-l-insu yəmutun"
"Allahım, Sənə təslim oldum, Sənə iman gətirdim, Sənə təvəkkül etdim, Sənə qayıtdım, Səninlə hüccət (təsdiq üçün Allahın kəlamını gətirmək) etdim. Allahım, zəlalətə düşməkdən sənin izzətinə sığınıram. Səndən başqa (ibadətə layiq olan) ilah yoxdur, Sən ölməyən, Əbədisən. Cinlər və insanlar isə öləndir" (Müslim, 6837).

"Alahummə rabbə-s-səməvəti va rabbə-l-ardi va rabbə-l-arşi-l-azım. Rabbənə va rabbə kulli şeyin fəliqa-l-həbbi va-n-nəva va munzilə-t-təurati va-l-incili va-l-furqan. Əuzu bikə min şərri kulli şeyin əntə əxizu binəsıyətihi. Allahummə əntə-l-əvvəlu fəleysə qabləkə şeyun va əntə-l-əxiru fəleysə bədəkə şeyun va əntə-z-zahiru fəleysə fəuqakə şeyun va əntə-l-bətinu fəleysə dunəkə şeyun, iqdi annə-d-deynə va əğninə minə-l-fəqr "
"Göylərin, yerin və əzəmətli Ərşin Rəbbi olan Allahım! Rəbbimiz və hər bir şeyin Rəbbi, toxumu da, çəyirdəyi də cücərdib çatladan, Tövratı, İncili və Furqanı (Quranı ) nazil edən! Kəkilindən tutduğun hər bir şryin (məxluqatın) şərindən Sənə sığınıram. Sən Əvvəlsən (Əzəlisən), Səndən əvəl heç nə olmayıb, Sən Axırsan (Əbədisən), Səndən sonra heç nə olmayacaq, Sən Zahirsən, Səndən üstdə heç nə yoxdur, Sən Batinsən, Səndən içdə heç nə yoxdur! Mənim borcumu ödə və məni zəginləşdir! " (Müslim, 6827).

"Allahunmmə-cəl fi qalbi nuran va fi lisəni nuran va-cəl fi səmi nuran va cəl fi bəsari nuran va cəl fi xalfi nuran va min əməmi nuran va cəl min fəuqi nuran va min təhti nuran.Allahummə ətini nuran!"
"Allahım! Qəlbimi, dilimi, eşitməyimi, bəsirətimi, arxamı və önümü, üstümü, altımı nurlu et! Allahım mənə nur bəxş et " (Müslim, 1796)

"Allahummə əslih li diniyəlləzi huva ismətu əmri va əslih li dunyəyəlləti fiyhə məəşi va əslih li axirəti-l-ləti fiyhə məədi vacəli-l-həyətə ziyədətən li fi kulli xeyr vacəli-l-məutə rahətən li min kulli şərr"
"Allahım! Ismətli olan dinimi, yaşadığım dünyamı və qayıdacaq axirətimi islah et! Xeyirli işlər üçün ömrümü artır, ölümümü isə şər əməllərdən qurtarmaq üçün rahatlıq vasitəsi et!" (Muslim, 6841).

"Allahummə inni əs əlukə-l-hudə va-t-tuqa va-l-afəfə va-l-ğinə"
"Allahım, hidayəti, Allah qorxusunu, iffətli (pis əməllərdən təmizlənmək) va qənaətkar olmağı Səndən istəyirəm" (Müslim, 6842).

"Allahummə inni əuzu bikə minə-l-aczi va-l-kəsəli va-l-cubni va-l-buxli va-l-hərami va azəbi-l-qabri. Allahummə əti nəfsi təqvəhə va zəkkihə əntə xayru mən zəkkəhə əntə vəliyyuhə va məuləhə.Allahummə inni əuzu bikə min ilmin lə yənfə va min qalbi lə yəxşə va min nəfsin lə təşbə va in dəvətin lə yəstəcəbu ləhə"
"Allahım! Acizlikdən, tənbəllikən, qorxaqlıqdan, paxıllıqdan, qocalıqdan və qəbr əzabından Sənə sığınıram! Allahım, nəfsimi təqvalı et və onu təmizə çıxart, Sən təmizə çıxaranların ən xeyirlisisən. Sən nəfsimin qəyyumu və hamisisən! Allahım, fayda verməyən elmdən, Səndən qorxmayan qəlbdən, doymayan nəfsdən və qəbul olmayan duadan Sənə sığınıram! " (Muslim, 6844) .

"Allahummə inni əuzu bikə min zəvali nimətikə va təhəvvuli əfiyətikə va fucəəti niqmətikə va cəmi səxatkə"
"Allahım, nemətinin tükənməsindən, verdiyun uğurun dəyişməsindən, qəfil qisasından və cəmi qəzəbindən Sənə sığınıram!" (Müslim, 6879).

"Allahummə ini əuzu bikə min şərri mə amiltu va min şərri mə ləm əməl"
"Allahım, etdiyim və etmədiyim əməllərin şərindən Sənə sığınıram!" (Müslim, 6833).

"Allahummə musarrifə-l-qulubi sarrif qulubənə alə taətikə"
"Qəlbləri yönəldən Allahım! Qəlblərimizi Sənə itaət üçün yönəlt" (Müslim, 6692).

"ya muqallibə-l-qulub səbbit qalbi alə diynik"
"Ey qəlbləri döndərən! Qəlbimi dinin üzərinə sabit et!" (Səhih ət-Tirmizi, 3/180).

"Allahummə əhsin aqibatənəfi-l-umuri kullihə va əcirnə min xizyi-d-dunyə va azəbi-l-axirəti"
"Allahım! Bütün işlərdə aqibətimizi yaxşılaşdır, rüsvayçılıqdan və axirət əzabından bizi qoru!" (Əhməd, 4/181).

"Allahummə inni əuzu bikə minə-l -bərasi va-l-cununi va-l-cuzəmi va min seyyii-l-əsqam"
"Allahım, albinosluqdan, divanəlikdən, cüzamdan və pis xəstəliklərdən Sənə sığınıram" (Səhih ən-Nəsəi, 3/1116).

"Allahummə inni əuzu bikə min munkərati-l-əxlaqi va-l-əməli va-l-əhvəi"
"Allahım.pis əxlaq, əməl və fikirlərdən Sənə sığınıram!" (Səhih ət-Tirmizi, 3/184).

"Allahummə innəkə əfuvvun kərimun tuhibu-l-əfv fəfu ənni"
"Allahım, Sən Bağışlayan, kərəm Sahibisən, bağışlamağı sevirsən, məni bağışla" (Səhih ət-Tirmizi. 3/184).

"Allahummə inni əs-əlukə filə-ləxayrati va tərkə-l-munkərati va hubbə-l-məsəkini va ən təğfira li va tərhəmni va izə əradtə fitnətə qaumin fətəvaffəni ğeyra məftun va əs-əlukə hubbəkə va hubbə mən yuhibbukə va hubbə aməlin yuqarribuni ilə hubbikə"
"Allahım, xeyirxahlıq etməyi, pisliklərdən çəkinməyi, miskinləri sevməyi, məni bağışlamağını, mənə rəhm etməyini və hər hansı qövmə bəla göndərmək istədikdə bəla mənə toxunmazdan əvvəl canımı almağını Səndən istəyirəm. Sənin məhəbbətini və Səni sevənin məhəbbətini qazanmağımı, Sənin məhəbbətinə yaxınlaşdıracaq hər bir əməli sevməyimi Səndən istəyirəm" (Əhməd, 5/243).

"Allahummə inni əs-əlukə minə-l-xeyri kullihi acilihi va əcilihi məalimtu minhu va mələm ələm va əuzu bikə minə-ş-şərri kullihi acilihi mə alimtu minhu va mə ləm ələm.Allahummə inni əs-əlukə min xeyri mə sə-ələkə əbdukə va nəbiyyukə va əuzu bikə min şərri mə-s-təəzə bikə minhu əbdukə va nəbiyyukə. Allahummə inni əs-əlukə-l-cənnətə va mə qarrabə ileyhə min qaulin au əməl va əs-əlukə ən təcələ kullə qadain qadaytəhu li xeyran "
"Allahım, bildiyim və bilmədiyim, tez və gec olan bütün xeyrləri Səndən istəyir və şərlərdən Sənə sığınıram. Allahım,qulun və peyğəmbərinin (Məhəmməd-s.ə.v.) Səndən istədiklərini Səndən istəyir və sığındığı şərlərdən Sənə sığınıram. Allahım, Cənnəti və ona yaxınlaşdıran hər bir söz və əməli Səndən istəyir, Cəhənnəmdən və ona yaxınlaşdıran hər bir söz və əməldən Sənə sığınıram. Səndən mənim üçün yazdığın hər bir hökmün xeyrli olmasını istəyirəm" (Səhih İbn Macə, 2/327).

"Allahummə-hfizni bi-l-isləmi qaimən vahfizni bi-l-isləmi qaidən va-hfizni bi-l-isləmi raqidən va lə tuşmit bi əduvvan va lə həsidən. Allahummə inni əs-əlukə min kulli xeyrin xazəinuhu biyədikə va əuzu bikə min kulli şərrin xazəinuhu biyədikə"
"Allahım, məni ayaq üstə. Oturan və uzanan yerdə İslam ilə mühafizə et. Düşməni və paxılı (mənə qarşı) sevindirmə. Allahım, xəzinəsi Səninəlində olan xeyri Səndən istəyir və xəzinəsi Sənin əlində olan şərdən Sənə sığınıram!" (əl-Hakim. Səhih hədislər silsiləsi, 1540).

"Allahummə-ğfirli zənbi va vassi li fi dəri va bərik li fi rizqi"
"Allahım, günahımı bağışla, yaşadığım yeri genişlət və ruzimi bərəkətləndir!" (Əhməd 4/63)

"Allahummə inni əuzu bikə minə-l-fəqri va-l-qilləti va-z-zilləti va əuzu bikə min ən əzlimə əu uzləmə"
"Allahım, kasıbçılıqdan, şçatışmazlıqdan, rüsvayçılıqdan,zülm edib va ya mənə zülm edilməsindən Sənə sığınıram!" (Səhih ən-Nəsəi, 3/1111).

"Allahummə inni əuzu bikə min yəumi-s sui va min leyləti-s-sui va min sə-əti-s-sui va min sahibi-s-sui va min cəri-s-sui fi dəri-l-muqamə "
"Allahım, pis gündən, gecədən, vaxtdan, yoldaşdan və yaşadığım yerdəki pis qonşudan Sənə sığınıram!" (Səhihu-l-cəmi, 1/411).

"Allahummə fəqqihni fi-d-din"
"Allahım,məni dində fəqih (elmli) et! (Bu duaya Peyğəmbərin (s.ə.v.) İbn Abbasa (r.a.) etdiyi dua dəlalət edir )" (əl-Buxari,143).

"Allahummə inni əuzu bikə ən uşrikə bikə va ənə ələmu va əstəğfirukə limə lə ələmu"
"Allahım! Bilərəkdən edə biləcəyim şirkdən Sənə sığınır və bilməyib etdiklərimə görə Səndən bağışlanma diləyirəm!" (Səhih ət-Tərğib və ət-Tərhib, 1/19).

"Allahummə-nfəni bimə alləmtəni va allimni mə yənfəuni va zidni ilmən "
"Allahım! Mənə öyrətdiklərini mənim üçün faydalı verəcək şeyləri mənə öyrət və elmimi artır!" (Səhih İbn Macə, 1/47).

"Allahummə inni əs-əlukə ilmən nəfian va rizqan tayyibən va amələn mutəqqabilən"
"Allahım, Səndən faydalı elm, təmiz ruzi və qəbul olan əməl istəyirəm!" (Səhih İbn Macə, 1/152).

"Allahummə həsini hisəbən yəsira"
"Allahım, (Qiyamət günü) mənimlə şəkdiyin haqq-hesabı yüngül et!" (əl-Hakim, 1/255).

"Allahummə əinnə alə zikrikə va şukrikə va husni ibadətikə"
"Allahım, Səni zikr etməyə, Sənə şükr və ibadət etməkdə mənə yardım et!" (əl-Hakim, 1/499).

"Allahummə əhsəntə xalqi fə-əhsin xuluqi"
"Allahım, yaradılışımı gözəl etdin, əxlaqımı da gözəlləşdir!" (İrvəi-l-Ğalil, 1/115).

"Allahummə Rabbə Cibrilə va Mikəilə va İsrafilə fətıra-s-səməvəti va-l-ardi alimə-l-ğeyi va-ş-şəhədəti əntə təhkumu beynə ibədikə fi mə kənu fihi yəxtəlifun ihdini limə-xtulifə fihi minə-l-həqqi bi iznikə innəkə təhdi mən təşəu ilə siratin mustəqim"
"Cəbrailin, Mikailin bə İsrafilin Rəbbi, göyləri və yeri Yaradan, qeybdə və aşkarda olanı bilən Allahım! Sən qullarının arasındakı ixtilafın hökmünü verirsən, məni Öz izninlə baş vermiş ixtilafdan haqqa yönəlt. Həqiqətən, Sən istədiyini doğru yola yönəldirsən!" (Əbu Davud, 763).

"Allahummə inni əuzu bikə minə-l-aczi va-l kəsəli va-l- cubni va-l-buxli va-l-hərami va-l-qasvəti va-l-ğafləti va-l-ayləti va-z-zilləti va-l-məskənəti va əuzu bikə minə-l-fəqri va-l-kufri va-l-fusuqi va-ş-şiqaqi va-n-nifəqi va-s-suməti va-r-riyəi va əuzu bikə minə-s-saməmi va-l-bəkəmi va-l cununi va-l-cuzəmi va-l-bərasi va seyyi-il-əsqami"
"Allahım, acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, paxıllıqdan, qocalıqdan, sərtlikdən, qəflətdən, ehtiyacdan, rüsvayçılıqdan , miskinlikdən, kasıbçılıqdan, küfrdən, fasiqlikdən (asilikdən), ixtilafdan, nifaqdan, lovğalıqdan(təkəbbürlükdən ), riyakarlıqdan, karlıqdan, lallıqdan, divanəlikdən, cüzamdan, albinosluqdan və pis xəstəliklərdən Sənə sığınıram!" (Səhih əl-cami, 1/407).

"Allahummə-cəl əvsə-ə rizqikə aleyyə ində kibəri sinni va-nqitai umri"
"Allahım! Ən bol ruzini mənə qocaldıqda, ömrümün sonunda ver" (Səhih hədislər silsiləsi, 1539)

Quranı-Kərimdən seçilmiş duallar

Mübarək Ramazan ayı

dini

 

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM



 

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə (bunun vasitəsi ilə) siz pis əməllərdən çəkinəsiniz. (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər gün əvəzində) bir yoxsul doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! İnsanlara doğru yol göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Qur‘an Ramazan ayında nazil edilmişdir. Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. ALLAH sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“ALLAHU ƏKBƏR’’) deməklə tə‘zim və bəlkə də şükr edəsiniz. (Bəqərə surəsi, 183-185-ci ayələr)



 

Həzrət Məhəmməd (s) Ramazan ayı ərəfəsində müsəlmanlar qarşısında xütbə oxuyaraq bu sözləri söyləmişdir:


“Ey insanlar! Allahın ayı (Ramazan) bərəkət, rəhmət və məğfirət (günahlardan bağışlanma) ilə sizə doğru gəlir. Allah yanında bu ay başqa aylardan daha üstündür. Günlərin ən üstünü, gecələrin ən yaxşısı, saatların ən fəzilətlisi bu aydadır.
Ramazan ayında ac və susuz qalmaqla, Qiyamət Gününün aclığını və susuzluğunu yada salın. Kasıbların əlindən tutun, qocalara ehtiram göstərin, uşaqları əzizləyin, qohumlarınızla mehriban olun. Dilinizi nalayiq söhbətlərdən, gözünüzü harama baxmaqdan, qulağınızı sizə yaraşmayan sözləri dinləməkdən çəkindirin! Başqalarının yetimləri ilə mehriban rəftar edin ki, sizin yetimlərinizə qarşı da mehriban olsunlar…
…Ey insanlar! Bu ay ərzində hər kim öz əxlaqını yaxşılaşdırsa, Qiyamət Günündə “sirat” körpüsündən asanlıqla keçər. Hər kim camaata pislik etməsə, Allah öz qəzəbini ondan uzaqlaşdırar. Hər kim öz qohumları ilə sıx rabitə saxlayıb, onlara yaxşılıq etsə, Allahın mərhəmətini qazanar və kim qohumlarla əlaqəni kəssə, Allah da ondan öz mərhəmətini kəsər…
…Ey insanlar! Bu ayda behiştin qapıları açılar; dua edin ki, o qapılar sizin üçün bağlanmasın. Cəhənnəmin qapıları isə bu ayda bağlanar; dua edin ki, bu qapılar üzünüzə açılmasın. Bu ayda şeytanlar zəncirlənər (fəaliyyətsiz qalar); dua edin ki, onlar sizə qalib gələ bilməsin! …” (Xütbə ixtisarla verilmişdir)

 

 

 

Mübarək Ramazan ayın gündəlik duaları

ALLAH CƏMİ MÜSƏLMANLARIN TUTDUĞU ORUCU QƏBUL ETSİN! AMİN ALLAH!!!

Ramazan ayının 1-ci gününün duası:
Allahumməc’əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və’fu ənni ya afiyən ənil-mücrimin.
Tərcüməsi:
İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!

Ramazan ayının 2-ci gününün duası:
Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin.
Tərcüməsi:
İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Qur’ani) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!

Ramazan ayının 3-cü gününün duası:
Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc’əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin.
Tərcüməsi:
İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!

Ramazan ayının 4-cü gününün duası:
Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi’ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin.
Tərcüməsi:
İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!

Ramazan ayının 5-ci gününün duası:
Allahumməc’əlni fihi minəl-müstəğfirin. Vəc’əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc’əlni fihi min övliyaikəl-müqərrəbin. Birə’fətikə ya ərhəmər-rahimin.
Tərcüməsi:
İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!

Ramazan ayının 6-cı gününün duası:
Allahummə la təxzulni fihi li-təərrüzi mə’siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin.
Tərcüməsi:
İlahi, bu gün sənə qarşı etdiim günahlara görə məni rüsva etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!

Ramazan ayının 7-ci gününün duası:
Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin.
Tərcüməsi:
İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv ıə nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!

Ramazan ayının 8-ci gününün duası:
Allahummərzuqni fihi rəhmətəl-əytami və it’amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin.
Tərcüməsi:
İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı!

Ramazan ayının 9-cu gününün duası:
Allahumməc’əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin.
Tərcüməsi:
İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!

Ramazan ayının 10-cu gününün duası:
Allahumməc’əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc’əlni fihi minəl-faizinə lədeyk. Vəc’əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin.
Tərcüməsi:
İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!

Ramazan ayının 11-ci gününün duası:
"Allahummə həbbib ileyyə fihil-ihsan. Və kərrih ileyyə fihil-fusuqə vəl-isyan. Və hərrim əleyyə fihis-səxətə vən-niyran. Bi-ovnikə ya ğiyasəl-müstəğisin".
Tərcüməsi:
"İlahi, bu gün ehsan etməyi mənə sevdir! Bu gün fisq və asilikdən məni ikrah etdir! Bu gün öz qəzəbini və cəhənnəm atəşini məndən uzaqlaşdır! Yardımına and verirəm, ey fəryad edənlərin dadına çatan!"

Ramazan ayının 12-ci gününün duası:
"Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin".
Tərcüməsi:
"ilahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətcillik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi".

Ramazan ayının 13-cü gününün duası:
"Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin".
Tərcüməsi:
"İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı".

Ramazan ayının 14-cü gününün duası:
"Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc’əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin".
Tərcüməsi:
"İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!"

Ramazan ayının 15-ci gününün duası:
"Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin".
Tərcüməsi:
"İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi məvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!".

Ramazan ayının 16-cı gününün duası:
"Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin".
Tərcüməsi:
"İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı".

Ramazan ayının 17-ci gününün duası:
"Allahummə əhdini fihi lisalihil-ə’mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin".
Tərcüməsi:
"İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt! Ehtiyac və arzularımı yerinə yetir! Ey izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah! Məhəmmədə və pak əhli-beytinə sənin salavatın olsun".

Ramazan ayının 18-ci gününün duası:
"Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə’zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin".
Tərcüməsi:
"İlahi, bu gün məni səhərlərin bərəkəti ilə oyat! Qəlbimi bu səhərlərin ziyası ilə işıqlat! Bədən üzvlərimi bu günün təsirinə tabe olmağa yönəlt! Nuruna and verirəm, ey ariflərin qəlbini nurlandıran Allah".

Ramazan ayının 19-cu gününün duası:
"Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin".
Tərcüməsi:
"İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi".

Ramazan ayının 20-ci gününün duası:
"Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Qur’an. Ya munziləs-səkinəti fi qulubil-mu’minin".
Tərcüməsi:
"İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Qur’an oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah".

Ramazan ayının 21-ci gününün duası:
"Allahumməc’əl li fihi ila mərzatikə dəlila. Və la təc’əl liş-şeytani fihi əleyyə səbila. Vəc’əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin".
Tərcüməsi:
"İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!"

Ramazan ayının 22-ci gününün duası:
"Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də’vətil-muztərrin".
Tərcüməsi:
"İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et, məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah!"

Ramazan ayının 23-cü gününün duası:
"Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin".
Tərcüməsi:
"İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!"

Ramazan ayının 24-cü gününün duası:
"Allahummə inni əs’əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu’zik. Və əs’əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə’siyək. Ya cəvadəs-sailin".
Tərcüməsi:
"İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!"

Ramazan ayının 25-ci gününün duası:
"Allahumməc’əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə’daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin".
Tərcüməsi:
"İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu Peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!"

Ramazan ayının 26-cı gününün duası:
"Allahumməc’əl sə’yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin".
Tərcüməsi:
"İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!"

Ramazan ayının 27-ci gününün duası:
"Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin".
Tərcüməsi:
"İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!"

Ramazan ayının 28-ci gününün duası:
"Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin".
Tərcüməsi:
"İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!"

Ramazan ayının 29-cu gününün duası:
"Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu’minin".
Tərcüməsi:
"İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!"

Ramazan ayının 30-cu gününün duası:
"Allahumməc’əl siyami fihi biş-şukri vəl-qəbul. Əla ma tərzahu və yərzahur-Rəsul. Muhkəmətən furuuhu bil-usul. Bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin. Vəl-həmdu lillahi rəbil-aləmin".
Tərcüməsi:
"İlahi, bu gün mənim orucumu şükrlü və qəbul olunmuş qərar ver, öz bəyəndiyin və Peyğəmbərinin bəyəndiyi oruclardan et! Elə oruclardan ki, xırdalıqları da əsas iman prinsiplərinə əsaslansın. Səni and verirəm ağamız Mühəmmədə və pak nəslinə. Aləmlərin rəbbi olan Allaha həmd olsun".


İFTAR DUALARI
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".
Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"



"Allahummə ləkə sumtu və bikə əməntu ve əleykə təvəkkəltu və əla rizqıkə əftartu, fə təkabbəl minna. İnnəkə Sumtə's-səmiu'l-alim."
Tərcüməsi:
"Allahım! Sənin üçün oruc tutdum. Sənə iman etdim. Sənə güvenib dayandım. Ruzinlə iftar etdim. Bizdən bunu qəbul et. Şübhəsiz Sən, hər şeyi eşidən və bilənsən"



"Zəhəbə'z-zamən, və'btələti'l-uruku və səbətə'l əcru inşaallah"
Tərcüməsi:
"Susuzluk getdi. Damarlar islandı. İnşaallah savab sabit oldu"



"Ya vasia'l-mağfirəti. vağfirli və li validəyyə və li'l-mu'mininə yəvmə yəkumu'l hisab"
Tərcüməsi:
"Ey bağışlaması bol olan Allahım! Məni, ana-atamı və bütün möminləri hesab günündə mağfirət et"

Ramazan Ayinin fəzilətləri

Peyğəmbər (s) Ramazan ayının fəziləti haqqında buyurub: “Ramazan ayı mübarək bir aydır. Allah təala sizə Ramazan ayını fərz etdi. O ayda lütf, mərhəmət qapıları açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar zəncirə vurular. O ayda bir gecə var ki, min aydan daha xeyrlidir. O gecənin xeyrindən məhrum olan bütün xeyirlərdən məhrum olmuş kimidir” (Nəsai).
“Ramazan ayı girdikdə “Xeyir əhli xeyir üçün çalış, şər əhli pisliklərdən əl çək” deyilər” (Nəsai). “Ramazan bərəkət ayıdır. Allah bu ayda günahları bağışlayar, duaları qəbul edər” (Təbərani).“Ramazan girdikdə Allah mələklərə möminlərə dua etməyi əmr edər” (Deyləmi).
“Fərz namaz sonrakı namaza qədər, cümə namazı sonrakı cümə namazına qədər, Ramazan ayı da o biri Ramazan ayına qədər olan günahlara kəffarə olar” (Təbərani).
“Ard-arda üç gün oruc tuta bilən kəs Ramazan orucunu tutmalıdır” (Əbu Nuaym).”Bu aya Ramazan deyilməsinin səbəbi günahları əritməsidir” (Mənsur).“Ramazan ayının əvvəli lütf (mərhəmət), ortası bağışlanma (məğfirət), sonu isə cəhənnəmdən qurtuluşdur.” (Əbu əd-Dunyə)
“İslam şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və həcc etməkdir” (Müslim).“Allah təalanın gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin xəyalına gətirə bilmədiyi zəngin süfrəsi ancaq oruclular üçündür” (Təbərani).
İmam Rəbbani də belə deyib:
“Mübarək Ramazan çox şərəfli bir aydır. Bu ayda yerinə yetirilən nafilə namazlar, zikr, sədəqə və bütün nafilə ibadətlərə verilən əcr başqa aylarda yerinə yetirilən fərzlər kimidir. Bu ayda yerinə yetirilən bir fərz başqa aylardakı yetmiş fərz kimidir. Bu ayda bir orucluya iftar verənin günahları bağışlanar və o, cəhənnəmdən qurtular. O oruclunun əcri qədər o şəxsə də əcr verilər və bundan dolayı oruclunun əcrindən də heç bir şey azalmaz.
Bu ayda əmri altında olanların işlərini asanlaşdıran, onların ibadət etməsinə şərait yaradan əmirlər, başçılar da əfv edilib cəhənnəmdən azad olunarlar. Ramazan ayında Peyğəmbərimiz (s) əsirləri azad edər, hər istənilən şeyi verərdi. Bu ayda ibadət və gözəl şəkildə buyurulanlara əməl edənlərə bütün il boyu bu işləri görmək nəsib olar. Bu aya hörmətsizlik edən bütün il boyu günahdan qurtula bilməz. İnsan oğlu bu ayın verdiyi fürsətdən faydalanmalı, bacardığı qədər ibadət etməli, Allahın razı olduğu işləri görməli və ondan axirəti qazanmaq üçün istifadə etməlidir. Quranı-Kərim Ramazan ayında nazil olub. Qədr gecəsi bu aydadır. Ramazanda iftarı tez etmək sahuru gecikdirmək sünnətdir. İftarda tələsmək və sahuru gecikdirmək bəlkə də insanın aciz olduğunu, yeyib içməyə və bir sözlə hər şeyə möhtac olduğunu göstərir. İbadət etmək də elə bu deməkdir. Xurma ilə iftar etmək, təravih namazı qılmaq, Quran oxumaq əsas sünnətlərdəndir. Bu ayda hər gecə cəhənnəmə girməli olan minlərlə müsəlman əfv olunur. Allah təala bu mübarək ayda Onun şəninə layiq şəkildə qulluq etməyi və bizim üçün seçdiyi yolla getməyi hər bir müsəlmana nəsib etsin! ”.
“Ramazan ayında ailənizin xərcliyini artırın! Bu ayda xərclənən hər şey Allah yolunda xərclənmiş kimidir” (Təbərani).
“Oruclunun sükutu təsbih, yuxusu ibadət, duası məqbul, əməlinə verilən əcr isə qat-qatdır” (Deyləmi).“Oruclu ikən ədəbsiz danışmayın! Bir kimsə sizə sataşarsa, ”mən orucluyam” deyin” (Buxari).
Ramazanda oruc tutmaq çoxlu savab qazandırar. Əsassız yerə orucu tərk etmək böyük günahdır. Bir hədisdə deyilir: “Bir əsas olmadan Ramazanda bir gün oruc tutmayan bunun yerinə bütün il boyu oruc tutsa, Ramazandakı o günün əcrini qazana bilməz” (Tirmizi).

Ramazanda tovbe etmeye telesek!

Qarşıdan Ramazan ayı gəlir. Bu ay müqəddəs ay olub 11 ayın “sultanı” adlandırılır. Bu ayda oruc tutmaq hər bir müsəlman üçün vacibdir. Qurani-Kərimdə belə buyrulur: ”Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə buna görə siz pis əməllərdən çəkinəsiniz” (Bəqərə, 183).Ramazan ayında biz oruc tutmaqla səbrli olmağı və nəfsimizi tərbiyə etməyi öyrənirik.

Oruc məhz Allah üçün, Allah rizası üçün tutulur və mükafatı da Allah təala tərəfindən verilir. Hədisə görə, Allah deyir: “Adəm oğlunun orucdan başqa hər bir əməli onun özü üçündür,oruc isə Mənim üçündür və onun mükafatını özüm verəcəyəm”. Başqa bir hədisdə isə deyilir: “Elə bir bəndə olmaz ki, Allah yolunda bir gün oruc tutsun və Allah bu günün sayəsində onun üzünü yetmiş oddan uzaq etməsin”.
Səhih hədislərdə deyilir ki, Peyğəmbər (s) Ramazan ayının gəlişi münasibətilə öz səhabələrini müjdələyər, bu ayda rəhmət və cənnət qapılarının açılmasını, cəhənnəm qapılarının və şeytanların bağlanmasını xatırladardı. . Hədislərin birində Peyğəmbər (s) buyurub: "Ramazanın ilk gecəsində cənnətin qapıları açılar və heç bir qapısı bağlanmaz. Cəhənnəmin qapıları isə bağlanar və heç biri açıq qalmaz. Həmçinin şeytanlar da qapanarlar. Bir çağırışçı belə deyər: Ey xeyir istəyən kəs! Buyur!. Ey şər istəyən kəs! Geri çəkil!. Və hər gecə Allah təala cəhənnəmdən kimlərisə xilas edər".
Peyğəmbər (səs) buyurub: "Ramazan ayı gəldi. Bu ay bərəkət ayıdır. Bu ayda Allah təala sizi əhatə edər, rəhmətini nazil edər, günahları bağışlar və duaları qəbul edər. Allah təala sizin bu ayda (xeyir işlər görmək üçün bir-birinizlə) yarışmanıza baxar və sizinlə mələkləri önündə öyünər. Siz də öz nəfsinizdən Allaha xeyir nümayiş etdirin. Bədbəxt kimsə bu ayda Allahın rəhmətindən məhrum olan adamdır".
Peyğəmbər (s) buyurub: “Kim imanla, əcrini Allahdan umaraq Ramazan ayında oruc tutarsa, keçmiş günahları bağışlanar. Kim imanla, əcrini Allahdan umaraq Ramazan ayını namazla (burada təravih və gecə namazları nəzərdə tutulur) keçirərsə, keçmiş günahları bağışlanar. Kim Qədr gecəsini imanla və əcrini Allahdan umaraq ibadətlə keçirərsə, keçmiş günahları bağışlanar”.
Ümumiyyətlə, Ramazan ayında oruc tutmaq və ibadət etməyin fəziləti haqda hədislər çoxdur.
Mömin bəndə bu fürsətdən səmərəli istifadə etməlidir. Ramazan ayına yetişməyin özü bir nemətdir. Ona görə bu ayda ibadətlərə qapanmaq və pis işlərdən çəkinmək lazımdır. Allah təalanın ona vacib etdiyi əməlləri layiqincə etməlidir.
Ramazan ayı Allahın rəhmət və bağışlanma ayı olduğuna görə, bu ayda tövbənin də xüsusi yeri vardır. Çünki bu ay insan üçün özünütərbiyə ayıdır.
Tövbə günah və çirkin olan şeylərədən üz döndərib, yaxşı və gözəl olan şeylərə doğru yola qayıtmaqdır. İstiğfar günahın pisliyini görüb, ondan üz çevirmək və Allahdan əfv diləməkdir.
Peyğəmbərlər günaha yol verməzlər. Onlar günah işləməkdən mühafizə ediliblər. Peyğəmbərlərin xaricindəki insanlar isə az və ya çox dərəcədə səhvə yol verə bilər, günah işləyərlər. Günah işləyən bir insan Allahın qarşısında cavabdehdir və əzab çəkməyə layiqdir. Hər xəstəliyin bir əlacı olduğu kimi, günahlardan təmizlənməyin də əlacı tövbə etmək, öz günahlarının bağışlanmasını istəməkdir.
Allah təala öz qullarını tövbə etməyə çağıraraq belə buyurur: “Ey Möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!” (Nur, 31).
Bu ayədə möminləri tövbə etməyə çağıran Böyük Allah başqa bir ayədə də qullarının tövbələrini qəbul edib bağışlayacağını bildirir. Allah təala belə buyurur: “Bəndələrinin tövbəsini qəbul edən, günahlarını bağışlayan və sizin nə etdiyinizi bilən Odur.” (Şura, 25)
Allah təalanın öz bəndəsinin tövbə etməsindən necə razı qaldığını Peyğəmbərimiz (s) bir misal verərək belə izah edir: “Allah, öz qulu tövbə etdiyi zaman, aşağıdakı adamın sevindiyindən daha çox sevinir: çölün ortasında yol gedən bir adam azuqəsini və suyunu dəvəsinin üstünə yükləmişdir. O, təhlükəli bir yerdə dayanır və başını yerə qoyaraq yatır. Oyandığı vaxt başa düşür ki, dəvəsi gedib. O, öz dəvəsini axtarmağa başlayır. İstidən və susuzluqdan tamamilə əldən düşür. Öz-özünə: “heç olmasa köhnə yerimə qayıdım” deyir və oraya gedərək bir az yatır. Oyandığı zaman başını qaldırıb dəvəsini öz yanında görür və hədsiz sevinir”.
Paslanmış güzgü kimi günah ləkələri ilə örtülmüş bir ürək həqiqətləri görməz, doğrunu tapa bilməz. İbadətdən həzz almaz. Pislik etməkdən zövq alar. Qəlb bu ləkələrdən tövbə və istiğfar etməklə yaxa qurtara bilər.
Peyğəmbərimiz (s) belə buyurub: “Qul səhv edincə qəlbində qara bir ləkə meydana gəlir. Əgər tövbə edərsə, qəlbi təmizlənər. Günah işləməyə davam edərsə, ləkə böyüyər və bütün qəlbi örtər.”
İnsan qəsdən və ya bilmədən günah işləyə bilər. Ancaq günah işləməyə davam etməməli, tövbə edərək günah kirindən təmizlənməyə çalışmalıdır. Bir paltar üst-üstə kirlənib uzun müddət belə qalınca onun yuyulub təmizlənməsi asan olmur. Tövbənin gecikməsi də günahlardan təmizlənməyi çətinləşdirir. Buna görə də günah işləyən bir insan vaxt itirmədən tövbə etməlidir. Belə edərsə, Allah onun tövbəsini qəbul edər, günahlarını bağışlayar və beləliklə qul günahlardan təmizlənmiş olar. Qurani-Kərimdə belə buyrulur:
“Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər.Allah belələrinin tövbəsini qəbul edər! Həqiqətən, Allah hər şeyi biləndir və hikmət sahibidir!” (Nisa, 17).
Peyğəmbərimiz (s) belə buyurub:
“Ey insanlar! Allaha tövbə və istiğfar edin. Mən gündə yüz dəfə tövbə edirəm”.
Aləmlərə lütf olaraq göndərilən Peyğəmbərimizin (s) günahsız olduğu halda bu qədər çox tövbə və Allahdan bağışlanma diləməsi bizə tövbənin əhəmiyyətini göstərir. Nə zaman, harada və necə öləcəyimizi bilmədiyimiz üçün, günah işlədiyimiz vaxt dərhal peşman olub tövbə etməli və günahlarımızın bağışlanmasını mərhəməti böyük və bağışlaması çox olan Rəbbimizdən istəməliyik.
Heç şübhəsiz Ramazan ayında, rəhmət və mərhəmət qapılarının açıq olduğu bir vaxtda edilən bütün dualar qəbul olar. Buna görə də Ramazan ayında çoxlu tövbə etməyə tələsək! Allah təala günahlarımızı bağışlasın! ! Amin!

Ramazan allaha qayidiş ayıdır

Allah yaratdıqlarının bəzilərini müəyyən üstün cəhətlərlə digərlərindən fərqləndirib. Məsələn, insanların içindən peyğəmbərləri, günlərin içindən Zülhiccə ayının ilk 10 gününü, gecələrin içindən qədir gecəsini və s. seçmiş, onları digərlərindən üstün etmişdir.Ramazan ayı da bu seçilmişlər arasındadır. Quran bu ayda nazil edilmişdir. Orucun tutulması fərz olan yeganə ay da məhz, bu aydır.Oruc, dinimizin əsaslarından biridir.
O, forma və müddət baxımından fərqli şəkildə keçmiş ümmətlərə də əmr edilmiş bir ibadətdir. Oruc tutmada bir çox faydaların olmasına rəğmən, o, insan nəfsinə ağır gələn bir ilahi əmrdir.
Oruc Mədinədə hicrətdən il yarım sonra Şaban ayında Bəqərə surəsinin 183 -185-ci ayələri ilə fərz edilmişdir:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!
(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar.
Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz”.
Oruc yemə, içmə və şəhvət kimi istəklərdən nəfsin gün ərzində saxlanılmasıdır. Oruc kimi nəfsi tərbiyə edən, insanın özünə hakim olmasını öyrədən ikinci bir alternativ yoxdur. Ramazan ayı Allaha qayıdış, təmizlənmə, bağışlanma ayıdır. Əbu Hüreyrədən gələn hədisdə buyurulduğu kimi, bu ayda cənnət qapıları açılar, cəhənnəm qapıları isə bağlanar, şeytanlar da zəncirlənərlər.
Əbu Hüreyrədən (r) rəvayət edildiyinə görə Rəsulullah (s) belə buyurub:
“Kim fəzilətinə inanaraq və qarşılığını Allahdan gözləyərək ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar”.
Digər bir hədisdə isə deyilir:
“İnsanın hər əməlinə qat-qat savab verilir. Bir yaxşılığın on mislindən yeddi yüz mislinə qədər savabı vardır. Allah təala deyir: “Orucdan başqa. O, mənim üçündür, mükafatını da mən verərəm. Çünki oruclu şəhvətini və yeməyini mənim üçün tərk edir”.
Oruclu üçün iki sevinc anı vardır: Biri iftar etdiyi zaman olan sevinci; digəri Rəbbinə qovuşduğu zaman olacaq sevincidir. Heç şübhəniz olmasın ki, oruclunun ağız iyi Allah qatında müşk iyindən daha yaxşıdır” (Müslim).
Oruc onu tutan bildirmədikcə heç kəsin bilməyəcəyi, riya və göstərişdən uzaq bir ibadətdir. Çünki orucun digər ibadətlər kimi görünən bir şəkli yoxdur. Bundan başqa müşriklərin ilahlarına yaxın olmaq üçün etdikləri ibadət növləri içində oruc yer almayıb. Yəni, heç bir bütpərəst oruc tutaraq bütlərə ibadət etməmişdir. Bu yönü ilə oruc sırf Allah üçün yerinə yetirilən bir ibadət növüdür.
Orucluların və ya digər təbirlə desək, oruc tutmağa xüsusi önəm verənlərin, çox oruc tutanların Cənnətdə rəyyan adlı qapıdan çağırılması onlara xüsusi bir hörmətdir. Səhl ibn Səaddan (r) rəvayət edilən hədislərin birində Peyğəmbər (s) belə buyurub:
“Cənnətdə rəyyan deyilən bir qapı vardır ki, qiyamət günü oradan ancaq oruclular girəcək, onlardan başqa oradan heç kəs keçməyəcəkdir”.
Vaxtında edilən iş, yaxşılıq və ibadətin dəyəri iki səbəbə görə böyükdür. Birincisi, edilənin yaxşılıq və ibadət olması, ikincisi isə vaxtında edilmiş olmasıdır.
Peyğəmbər (s) hər bir işdə olduğu kimi, bu iki xüsusu dəyərləndirmədə də bütün insanlara örnəkdir. O, bu ayda yalnız oruc tutmaqla kifayətlənməz, digər ibadətlərini də artırardı.
İbn Abbasdan (r) rəvayət olunan hədisdə belə deyilir:
“Rəsulullah (s) insanların ən comərdi idi. Onun ən comərd olduğu anlar da Ramazanda Cəbrayılın onunla görüşdüyü zamanlar idi. Cəbrayıl (ə) Ramazanın hər gecəsində onunla görüşər, Quran oxuyardılar. Bu səbəbdən Rəsulullah (s) Cəbrayıl (ə) ilə görüşdüyündə əsməsi üçün maneə tanımayan bərəkətli küləkdən daha comərd olardı”.
Hz. Aişədən (r) rəvayət edildiyinə görə isə “Rəsulullah (s) Ramazanda digər aylardan daha çox (ibadət etməyə) çalışardı. Ramazanın son on günündə də digər günlərdən daha çox ibadət edərdi”.
Hədislərdən də göründüyü kimi. Allahın rəsulu (s) bu ayda daha çox ibadət etmişdir. Ramazanın son on günündə isə etikafa çəkilərdi.
Allah təala insana məğfirətə (bağışlanma) nail olma yollarını, vasitələrini göstərmiş, üzünə mərhəmət qapılarını açmış və onu bağışlamaq, savab yazmaq üçün hər şeyi etmişdir. İnsan isə bu vasitələrdən az yararlanaraq sanki cənnətin səkkiz qapısının səkkizi də üzünə taybatay açılmış kimi axirəti üçün cüzi çalışır. Gəlin, heç olmazsa, bu aydan layiqincə yararlanmağa çalışaq, Allaha qayıdaq. Onsuz da bir gün ona qaytarılacağıq. Lakin o gün keçirəcəyimiz peşmanlığın heç bir faydası olmayacaq. Gəlin, bu aydan elə yararlanaq ki, arxaya döndükdə “təəssüf, bu aydan daha yaxşı istifadə etmədim; bu ayda daha çox yaxşı əməl edə bilərdim” və s. kimi ifadələri işlətməyək. Bu Ramazanı sanki ömrümüzün sonuncu Ramazanı kimi yaşayaq. Kim bilir, bəlkə bu, elə həqiqətən, sənin sonuncu Ramazanındır.Kim bu aydan bağışlanmamış çıxarsa, özünü qınasın, günah onun özündədir.

Ramazan ayinin teqvimi

 dini

 Baki Vaxti ile

 

Sentyabr| Ramazan ayi | Imsak | Iftar

2                  1                    5:56    20:29

3                  2                    5:57    20:27

4                  3                    5:58    20:26

5                  4                    5:59    20:24

6                  5                    6:01    20:23

7                  6                    6:02    20:21

8                  7                    6:03    20:19

9                  8                    6:04    20:18

10                9                    6:05    20:16

11               10                   6:06    20:14

12               11                   6:08    20:12

13               12                   6:09    20:11

14               13                   6:10    20:09

15               14                   6:11    20:07

16               15                   6:12    20:06

17               16                   6:13    20:04

18               17                   6:14    20:02

19               18                   6:15    20:01

20               19                   6:16    19:59

21               20                   6:18    19:57

22               21                   6:19    19:56

23               22                   6:20    19:54

24               23                   6:21    19:52

25               24                   6:22    19:51

26               25                   6:23    19:49

27               26                   6:24    19:47

29               28                   6:26    19:44

30               29                   6:27    19:42

1                 30                   6:28    19:41

Orucun rayonlarla Vaxt ferqleri

TerTer+12, Lenkaran+3, Samaxi+5, Yevlax+10, Berde+12, Naxcivan+17

12 İmam

dini    dini     dini     dini

dini     dini

dini     dini

dini      dini

dini     dini

Destemaz

Dəstəmazın Şərtləri:1. Dəstəmaz suyu pak olsun;
2. Mütləq olsun;
3. Mübah olsun;
4. Dəstəmaz suyunun qabı mübah olsun;
5. Dəstəmaz suyunun qabı qızıl və gümüşdən olmasın;
6. Bədənin əzalarını yuyarkən və məsh edərkən pak olsun;
7. Dəstəmaz və namaz üçün kifayət qədər vaxt olsun;
8. Qürbət qəsdi ilə yəni Allah taalanın əmrini yerinə yetirmək üçün dəstəmaz alsın;
9. Dəstəmazı deyilən tərtiblə alsın;
10. Dəstəmazın əzaları ardıcıl və fasiləsiz yuyulmalıdır. Belə ki, özündən əvvəlki üzv qurumasın;
11. Üzü və əli yumaq, baş və ayağın məshini insan özü yerinə yetirsin;
12. Onun üçün sudan istifadə etməyin maneəsi olmasın;
13. Dəstəmaz üzvlərində, suyun bədənə çatmasının qarşısını alan mane olmasın. (Mələsən: dəstəmaz üzvlərindən birinə kley kimi suyun qarşısını ala biləcək bir şey yapışmasın.)

Dəstəmaz Batil Olan Yerlər:1. İdrar etmək; (bövl etmək);
2. Ğait; (İnsanın yeməyinin həzmindən sonra bağırsaqlarda yığılmış, tullantılar);
3. Ğaitin məxcərindən xaric olan mədə və bağırsaq yeli;
4. Göz görməyən və qulaq eşitməyən yuxu; Amma əgər göz görməzsə, lakin qulaq eşidərsə dəstəmaz batil olmaz;
5. Ağlı aradan aparan şeylər; məsələn: məstlik, dəlilik və huşdan getmək;
6. Qüslə səbəb olan işlər; məsələn: cənabət.
7. Qadınların istihazə olması;

Cəbirə Dəstəmazı:1. Cəbirə nədir: Yara (ya sınıq) bağlanan şeyə Cəbirə deyilir.
2. Əgər bədənin bir hissəsi (əl, üz, baş və ayaq) yaradırsa və suyun da ona zərəri varsa pak parça onun üzərinə qoyub, sair üzvləri yuyarkən o hissəsinədə yaş əl çəkmək lazımdır.
3. Əgər yaranın üzərinə parça bağlanıbsa və o da nəcis olubsa onun üzərinə başqa pak parça qoyub əli onun üzərinə çəkmək lazımdır.
4. Əgər məshin bir qisməti parça ilə bağlı olduğundan su bədənə çatmırsa, cəbirə dəstəmazından sonra təyəmmüm də etmək lazımdır. Amma əgər bədəndən iki barmaq enliyində görünür və su ona çatırsa dəstəmaz səhihdir.

Namaz

1. Vacib Namazlar:
Vacib namazların özü iki yerə bölünür:

Gündəlik namazlar (Gündəlik namazlar beşdir və cəmi 17 rükətdən ibarətdir):
1. Sübh namazı (2 rükət)
2. Günorta namazı (4 rükət)
3. Əsr namazı (4 rükət)
4. Məğrib namazı (3 rükət)
5. İşa namazı (4 rükət)

Müəyyən səbəblərə görə vacib olan namazlar, bunlar da beşdir.
1. Ayat namazı
2. Meyyit namazı
3. Vacib təvaf namazı
4. Ata ananın qəza namazları böyük oluğa
5. İçarə, nəzr, and və əhd kimi səbəblərə vacib olan namazlar.

2. Gündəlik Namazların Vaxtı:
1. Sübh namazının vaxtı: Sübh namazının vaxtı, Dan yeri söküləndən Gün çıxana qədərdir. Bu müddət ərzində sübh namazını qılmaq vacibdir.
2. Zöhr namazının vaxtı: Zöhr namazının vaxtı günəşin göyün zenit nöqtəsinə çatan vaxtdan əst namazına qədərdir.
3. Əsr namazının vaxtı: Əsr namazının vaxtı əsr azanından günün batmasına qədərdir. (Yəni batmasına əsr namazı qılına biləcək miqdar qalana qədərdir.)
4. Məğrib namazının vaxtı: Məğrib (Şam) namazının məxsus vaxtı gün batandan işa namazına qədərdir.
5. İşa namazının vaxtı: İşa namazının məxsus vaxtı gecənin yarısına işa namazı qılına bilinəcək vaxt qalana qədərdir. - “Əgər mükəlləf, yuxarıda qeyd olunan müddətdə sübh namazını qılmasa, onu qəza niyyəti ilə qılmalıdır.” - Məğrib namazı ilə işa namazının məxsus vaxtları arasındakı vaxt onların müştərək vaxtları hesab olunur.

4. Rukuda Riayət Olunmalı Yerlər:
1. Rukuda o qədər əyilmək lazımdır ki, əllər dizlərə çatsın.
2. Ehtiyata görə əllər dizlərə qoyulmalıdır.
3. Rukuda bədən eyni şəkildə əyilməlidir, yəni sağa yaxud sola əyilməməlidir.
4. Qolları uzun yaxud dizləri başqa insanlara nisbətən aşağıdadırsa məmuli (orta xilqətli) insanlar əyilən qədər əyilməlidir.
5. Oturduğu yerdə ruku edən şəxs üzü dizlərinin müqabilinə çatana qədər əyilməlidir.
6. İstənilən duanı rukunun zikrində deyə bilər. Amma vacib ehtiyata əsasən qeyd olunmuş zikrləri desin.
7. Ruku vaxtı bədən kamilən aram və hərəkətsiz olmalıdır.

5. Səcdənin Müstəhəbbatı:
1. Əgər namaz qılan kişidirsə səcdəyə gedərkən əvvəl əlləri, əgər qadındırsa əvvəl dizlərini yerə qoysun.
2. Alından əlavə (alını səcdəyə qoymaq vacibdir) burunuda möhrə yaxud da səcdə səhih olan şeylərdən birinə qoysun.
3. Səcdə halında əlin barmaqlarını bir-birinə yapışdırsın və qulağının müqabilində yerə qoysun. Həmçinin barmaqların ucları da üzü qibləyə olmaq müstəhəbdir .
4. Hər səcdədən sonra oturub bədən aram olduqdan sonra «Allahu Əkbər» demək müstəhəbdir.
5. İki səcdənin arasında oturduğu zaman bədən aram olduqdan sonra «Əstəğfirullahə rəbbi və ətubu iləyh» demək müstəhəbdir.
6. Səcdələrdən sonra oturarkən əlləri budların üstünə qoysun.
7. Səcdəni uzatmaq müstəhəbdir.
8. Kişilər səcdə vaxtı dirsək və qarını yerə yapışdırmasınlar, amma qadınlar dirsək və qarını yerə yapışdırmaları müstəhəbdir.
9. Səcdədə Quran oxumaq məkruhdur.

6. Səcdə Səhih Olan Şeylər:
1. Yerə və çubuq və ağac yarpağı kimi yerdən göyərib yeyilməyən şeylərə səcdə etmək olar.
2. Ot və saman kimi, yerdən göyərib heyvanların yeməyi olan şeylərə səcdə etmək səhihdir.
3. Əhəngə səcdə etmək səhih deyil.
4. Yeyinti şeylərə səcdə etmək batildir.
5. Əqiq, gümüş, firuzə və qızıl filizləri kimi mədən geyimləri olan şeylərə səcdə etmək batildir.

7. Qiblə:
Qiblə, Məkkə şəhərində Məscidul-Həramda yerləşən Kəbə evində yerləşir və müsəlmanlar namaz qılarkən üzlərini qibləyə tərəf tutub namaz qılmalıdırlar. Namazdan başqa bir neçə yerdə də üzü qibləyə olmaq vacibdir. Məsələn: heyvanı kəsərkən, heyvanı qibləyə kəsmək və meyyiti qəbrə qoyarkən onu sağ böyrü üstə üzü qibləyə qoymaq lazımdır.


- «Daha yaxşı olar ki, yatarkən və yemək yeyərkən də üzü qibləyə olsun.»



8 Namazın Müqəddimatı:
Namaz qılmaq üçün, bir neçə şeyi nəzərə alıb onlara əməl etmək lazımdır.
Təharət: Təharət üç şəkildə ola bilər:
1. Dəstəmaz 2. Təyəmmüm 3. Qüsl

7. Qüsl:
Bəzi vaxtlar müəyyən səbəblərə görə təharət qüsl vasitəsilə alınmalıdır. Burada əvvəlcə vacib qüslləri qeyd edib sonra onun qismlərini şərh edəcəyik.
Vacib qüsllər yeddi növdür:
1. Cənabət qüslü
2. Meyyit qüslü
3. Məssi meyyit qüslü
4. Nəzr, and və bu kimi şeylərin vasitəsilə vacib olan qüsllər
5. Heyz qüslü
6. Nifas qüslü
7. İstihazə qüslü

Qüslün Qismləri:
Qüslün üç qismi var: 1. Tərtibi qüsl 2. İrtimasi qüsl 3. Cəbirei qüsl
Tərtibi qüsl: Tərtibi qüsldə niyyətdən sonra, əvvəl baş və boyunu, sonra sağ tərəfi, sonra isə sol tərəfi yumalıdır. əgər bilərəkdən və ya səhvən yaxud da unutqanlıq üzündən bu tərtibə əməl edilməsə qüslü batildir.
- «Bədənin sağ tərəfini yuyarkən bir miqdarda, sol tərəfdən və həmçinin sol tərəfi yuyanda bir miqdarda sağ tərəfdən yumalıdır.»
İrtimasi qüsl: Əvvəl niyyət edib, sonra bütün bədəni bir dəfəyə suyun altına salmalıdır. Beləki, bütün bədən suyun altında olsun. (Məsələn: dənizə, çaya baş vurmaq kimi)
Cəbirei qüsl: Cəbirei qüsl cəbirei dəstəmaz kimidir. Vacib ehtiyata görə cəbirei qüslü tərtibi qüsl etsin. (İrtimasi qüsl yox)

8. Namazı Batil Edən Şeylər:
1. Yeyib, içmək.
2. Üzü qiblədən çevirmək.
3. Namazın sözlərindən başqa söz demək.
4. Namaz qılarkən dünya üçün ağlamaq.
5. Gülmək (uca səslə gülmək), gülümsəmək namazı batil etmir.
6. Namazın səhih olması ona bağlı olan şərtləri pozmaq (yol getmək, əl çalmaq kimi).
7. Namaz əsnasında namaz surətindən xaric olana qədər sakit qalarsa namazı batildir.
8. Vacib nanazı sındırmaq haramdır.
9. Namazın, ruku kimi əsli cüzlərini azaldıb çoxaltmaq namazı batil edir.
10. Namaz əsnasında əmdən ya səhvən, dəstəmaz, qüsl və təyəmmümü batil olarsa, namazı da batildir.
11. İki və üç rükətli namazların rükətlərində şəkk.
12. Namaz əsnasında ixtiyar üzündən ya ixtiyarsız yatmaq.
13. Əli əlin üstünə qoymaq.
14. Həmd surəsindən sonra əmdən "Amin" demək. Amma əgər səhvən təqiyyə üzündən deyərsə eybi yoxdur.

10. Namazın Məkruhatı:
1. Gözləri yummaq.
2. Əl və barmaqlarla oynamaq.
3. Həmd, surə və zikr oxuyan zaman başqasının sözünə qulaq asmaq üçün sükut etmək.
4. Huşu və huşu aradan aparan hər hansı iş.

Namazın Şəkkiyyatı:
Namazın şəkkiyyatı 23-dür ki, onları 3 qismdə xülasələşdirə bilərik:
1. Batil şəkklər
2. Etina olunmamalı şəkklər
3. Səhih şəkklər

Namazın Vacibatı:
Namazın vacibatı on birdir:
1. Niyyət
2. Qiyam
3. Təkbirətül-ehram
4. Ruku
5. Sücud (səcdələr)
6. Qiraət
7. Zikr
8. Təşəhhüd
9. Salam
10. Tərtib
11. Müvalat

Namazın Rüknləri:
1. Niyyət
2. Təkbirətül-ehram
3. Qiyam
4. Ruku
5. Sücud (səcdələr)

Destemaz allmaqin qaydalari

" Destemazdan evvel elleri yumaq müstehebdir, vacib deyildir."

1. Destemaz alarken her şeyden evvel Allah taalanın desturlarından itaet etmeyimizi niyyet edirik. Herçend niyyeti dile getirmek lazım deyil.
2. Üzü yuxarıdan aşağı yumaq. (alının tük biten yerinden çeneye qeder.)
destemaz

3. Sağ eli dirsekden barmaqların ucuna qeder yuxarıdan aşağı yumaq.

destemaz

4. Sağ qolu yuduqdan sonra, sol qoluda eyniyle sağ qol kimi yumaq lazımdır.
5. Üz ve qolları yuduqdan sonra, sağ elle (qolu yuduqda onda qalan rütubetle) başın qabaq hissesine mesh çekmek. "Sağ eli başa qoyub bir az onu aşağı teref çekirik".

destemaz

Destemaz alarken elin (başın tükleri arasından) başın derisine çatması lazım deyil.
Amma eger başın tükü hedden artıq uzun olarsa, tük biten yeri (tükün kökünü) yaxud da başın derisini mesh etmelidir.

6. Başı mesh etdikden sonra elde qalan rütubetle evvel sağ el ile sağ ayağını barmaqların başından ayağın üstüne qeder mesh edilir.

7. Sonra sal el ile sağ ayaq kimi barmaqların başından ayağın üstündeki çıxıntıya qeder mesh olunur. Bununla destemaz sonra çatır.

destemaz

Evvel sag eyaq sonra sol eyaq

 

 

destemaz

Din Nedir?

                                                   Din Nedir?

islam

Din – peyğəmbərlərin Allah tərəfindən bəşəriyyəti hidayət etmək və onlara yol göstərmək üçün gətirdiyi bir sıra elmi, əxlaqi və əqidəvi göstərişlərdən ibarətdir. Bu əqidələrə e`tiqad bəsləyib onun göstərişlərini yerinə yetirmək insanın hər iki dünyada səadət və xoşbəxtliyini tə`min edir. Deməli, biz dindar olub Allahın, Peyğəmbərin göstərişlərinə tabe olsaq, həm müvəqqəti olan bu dünyada, həm də əbədi bir aləm olan axirət dünyasında sonsuz xoşbəxtliyə nail ola bilərik.

Bildiyimiz kimi, yalnız o şəxslər həqiqi xoşbəxtlik və səadətə nail ola bilərlər ki, həyatda düzgün hədəfə malik olsunlar, səhv və azğın yolda olmasınlar, yaxşı və bəyənilən əxlaqa, insani keyfiyyətlərə yiyələnsinlər, yaxşı işlər görərək, təlatümlə dolu olan dünya həyatında xatircəm, qüvvətli və aram qəlbə malik olsunlar.

İlahi din bizləri məhz həmin səadət və xoşbəxtliyə doğru aparır; din olmadıqda isə həqiqi səadət və xoşbəxtliyin gerçəkləşməsi mümkün deyildir. Dini əqidələr insanın qəlbində yerləşən və hər bir halda onunla olub, onu rəzalətlərdən, yaramaz əməllərdən saxlayaraq insani fəzilətlərə doğru sövq edən məxfi polisə bənzəyir.

İman insanın ən güclü, möhkəm və e`tibarlı sığınacağıdır. İmanlı şəxslər həyatın enişli-yoxuşlu yollarında heç vaxt qorxuya, qəm-qüssəyə düçar olmurlar. Allaha pərəstiş edənlər heç bir xoşagəlməz hadisə qarşısında özlərini itirmir, alçaqlıq və həqarət hissi də keçirmirlər; çünki onlar, Xaliqin qeyri-məhdud və mütləq qüdrətinə arxalanmışlar; bütün hallarda Onu yad edir və yalnız Ona sığınırlar. Belə insanlar həmişə xatircəm, aram və güclü qəlbə malik olurlar.

Dinimiz bizə gözəl əxlaqa, insani keyfiyyətlərə malik olmağı tövsiyə edir, mümkün qədər yaxşı və bəyənilən işlər görməyə çağırır.

Buna əsasən din üç hissəyə bölünür:

1. E`tiqadlar;

2. Əxlaq;

3. Əməl.

Qısa şəkildə qeyd olunan bu bəndlər əziz oxucular tərəfindən qəbul olunsun deyə, onları şərh etmək lazımdır.

E`TİQADLAR

Biz öz fitrətimizə və əql qüvvəmizə müraciət etdikdə başa düşьrьk ki, heyrətamiz bir quruluşa, dəqiq qanunauyğunluqlara malik olan varlıq dünyası öz-özünə, təsadüf üzündən yarana bilməz; həmçinin insanı heyrətə gətirən bu varlıqlar sistemi, onu nizamlayıb tənzim edən bir qüvvə olmadan vücuda gələ bilməz. Şübhəsiz, bunlar sonsuz qüdrət və elmə malik olan bir Yaradan tərəfindən xəlq edilmişdir. Belə ki, O, bu böyük və əzəmətli dünyanı yaratdıqdan sonra varlıq aləminin hər bir yerində dəyişilməz və sabit qanunlar bərqərar edərək yaradılış dünyasını çox dəqiq nizam əsasında idarə edir. O, heç bir şeyi əbəs yerə yaratmamışdır, heç bir varlıq dünyaya hakim kəsilən ilahi qanunlardan xaricdə deyildir.

Mərhəmətli Allahın öz yaratdıqlarına qarşı bu qədər lütf və mehribanlıq göstərməsini nəzərə alaraq, Onun, yaradılış aləminin şah əsəri olan insanı öz başına buraxmasını təsəvvür etmək olarmı?! Görəsən insan adlı həddən artıq mürəkkəb bir məxluqa yol göstərmədən, bəşər cəmiyyətini, onun əksər hallarda nəfsani istəklər əsiri olan, nəticədə azğınlığa, bədbəxtliyə düçar olan əqlinə həvalə etməsi mümkündürmü?! Əlbəttə, bu sualların cavabı hamıya gün kimi aydındır.

Deməli, Allah-taala bəşəriyyəti düzgün yola istiqamətləndirmək üçün, hər növ səhv və xətadan uzaq olan peyğəmbərlər göndərməlidir ki, insanlar o göstərişlərdən istifadə etməklə əbədi